İyulun 17-si «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Bu gün Elmarın 50 yaşı olur.

Bununla əlaqədar bir qrup siyasət adamı və jurnalistlər Elmar Hüseynovu, ikinci Fəxri Xiyabanda, onun məzarı başında anıblar.

Ziyarətçilər arasında Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat başqanının müavinləri Elman Fəttah, Səxavət Soltanlı, Yadigar Sadıqov, Divan üzvü Razim Əmiraslanlı, media təmsilçilərindən Şahbaz XuduoğluMehman Əliyev, Xədicə İsmayıl, Zamin Hacı, Kamran Mahmudov, Rövşən Hacıbəyli və digərləri olublar.


 

Tanınmış tənqidçi jurnalist, «Monitor» jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Qətlin üstündən 12 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub.

O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət Xudafərin SES-də və Rusiyada Boquçan SES-də ixtisası üzrə çalışıb.


Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edib.

O, həmçinin «Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi idi.//bastainfo.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300