Neftçala rayonu Həsənabad qəsəbəsi və qəsəbənin yaşayış məntəqəsi Mirqunbanlıda su problemi ilə bağlı adı çəkilən qəsəbəyə yollandıq.Qəsəbənin əsas dolaşıq mənbəyi yaxınlıqda yerləşən Yod Emalı zavodu olmuşdur.Uluyol.info olaraq adı çəkilən qəsəbəyə yollandıq.
 
Son zamanlar zavodun iqtisadi problemləri səbəbindən işçilərin əmək haqqların vaxtında ödəyə bilmədiyindən məcburi məzuniyyətə göndərmələr başlayıb.Qəsəbə sakinləri bildirir ki,biz əvvəllər öz həyətyanı sahəmizi əkib-becərər bazara ehtiyacımız olmazdı.Amma neçə illərdi ki,özümüz içməyə su tapmırıq.Ay ərzində iki dəfə gələn suda,içməyə yarasızdır.

Qəsəbə sakinləri bildirir ki,gələn suyun vaxtilə çirkab suların axıdılması nəzərdə tutulan kanalla bitişik olması və açıq şəraitdə yerləşməsi onları narahat edir. Adı çəkilən kanalı görmək üçün qəsəbə sakinlərinin köməyi ilə yollandıq bir-başa su hövzəsinə.Həqiqətən suyun üzərində yığılan yosun,ətrafda ölmüş heyvanların leşi,çirkab dolu kanalın bitişik olmasının şahidi olduq. Qəsəbə sakini ”Su problemi ilə bağlı müvafiq qurumlara dəfələrlə ,özüdə bütün sakinlərin adından müraciət etmişik.Amma heç bir nəticə olmayıb.Həsənabadlılar üfünət qoxusu verən suya da həsrətdir,ayda cəmi iki dəfə verilir.Amma təsərrüfat sayı 5manat su pulunu vaxtı-vaxttında ödəyirik.Dərdimizi deməyə bir ünvan da tapmırıq,daha doğrusu əlaqədar təşkilatların hər birinə müraciət etmişik,amma nəticə göz önündə” Mirqurbanlı yaşayış məntəsində də eyni hal yaşanır.İstifadə ediləcək suyun mənbəyi eyni olduğundan problem burada da yaşanmaqdadır.Qəsəbə sakini bildirir ki, ”Vaxtilə 12 km məsafədən sakinlərin gücünə bura su gətirmişik.Amma ayda iki dəfə su verilir,onun da tərkibi içmək üçün yararsızdır.Həyətimizdə ehtiyat çənləri tikmişik ,amma oda çatmır.Yayın qızmarında burada yaşayış dözülməz olur, sanki,səhradayıq.Biz torpağımızdan istifadə edə bilmirik.Səhiyyə Nazirliyinə məsələ ilə bağlı məktub göndərdik.Cavabında isə həqiqətən texniki su olduğu aşkarlandı.4-5 km məsafəni açıq halda gələn kanala bir nəfər zəhər töksə,nə baş verəcək?! 10000-ə yaxın sakin bu sudan istifadə edir.Nə qədər süzülsədə,ev şəraitində təmizləsəkdə,natəmizliyi bilinir.Bildiyiniz kimi Kür çayı Neftçala rayonunda Xəzər dənizinə tökülür.Nə olar ki,Dənizə axıdılan suyu bizə təmiz və ehtiyacımızı qarşılayacaq dərəcədə verələr".

Sakinlərin bildirdiyinə görə Neftçala Sukanal idarəsinindən bildirilib ki,"müvəqqəti çıxış yolu ,sakinlər həyətində ki,su ehtiyat tutarlarının həcmini bir neçə dəfə artırıb,50 tonluq hovuz tiksinlər.Problemin birdəfəlik və köklü həlli isə ,Neftçalanın içməli su təhcizatı ilə bağlı həyata keçirilən ,icrası müvəqqəti olaraq maliyyə çatışmazlığı ucbatından dayandırılmış müvafiq dövlət proqramının icrasından sonra mümkün olacaq”.
 

 
 
 
 
ULUYOL.İNFO
Saday FƏRƏCOV

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300