Dünən tanınmış müğənni Pərvin Lətifovun ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Uluyol.info lent.az-a istinadən xəbər verir ki, müğənninin 5 yaşl qızı Gülərin halı dünən səhər yeməyi yeyəndən sonra pisləşib. Sənətçinin xanımı Əfsanə Lətifova bildirib ki, səhər yeməyi üçün uşağa mannı sıyığı verib. Gülər sıyığı yeyəndən sonra eyvana çıxıb. Bir qədər sonra qızın arxası ilə eyvana çıxan anası onun yıxıldığını görüb və təcili tibbi yardım briqadası çağırılıb. Azyaşlı qız A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına aparılıb.

Klinikadan bildirilib ki, 2012-ci il təvəllüdlü Lətifova Gülər Pərvin qızı dünən saat 10:20-də tibb müəssisəsinə gətirilərkən artıq keçinibmiş. İlkin məlumata görə, azyaşlı qıcolmadan həyatını itirib.

Xatırladaq ki, Pərvin "Azəri star" yarışmasından sonra məşhurlaşıb. İfaçı 2011-ci ildə xalası qızı Əfsanə ilə ailə qurub.

 

Azərbaycanlı müğənninin qızının ölümü ilə bağlı yeni faktlar

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300