Bilirsən, qızım, ən çox gözünün qurtaracağındakı uzun kirpiklərin çəkdi diqqətimi. Gənc qızlar daha da gözəlləşmək üçün gözlərinin məhz o kəsiyində kirpik taxarlar. Sənin ona ehtiyacın olmayacaqdı. Sənə baxanları uzaqlara aparan yollar olacaqdı gözündə. Baxçaya gedəndə hamı deyəcəkdi ki... Yox, bəlkə də baxçaya getməyəcəkdin. Axı nənənin balasıydın sən. Həm düşmən gülləsi altında olan bir yaşayış ərazisində yaşayıb balalarını öz gözlərindən sakınarkən, bir də uzaqlaramı yollayacaqdı analar sizi?

Məktəbə gedəcəkdin, qızım. Dərslərində çətinlik çəkəndə kəpənək dodaqlarını büküb uzun kirprikli gözlərindən o məsum damlalar süzüləcəkdi. Silən olacaqdı gözünü. Mütləq olacaqdı. Hətta qəhqəhə çəkib güləcəkdilər o gözəl məsum baxışlarındakı məsum damlalara. Hərdən küsəcəkdin sən də. Sonra birdən sən də başlayacaqdın çocux şaqraqlı gülüşünlə gözəl-gözəl gülməyə. Qəlblər sevinəcəkdi sənin bu tərtəmiz, dupduru gülüşünə. O gözlərin açıq baxması axı bir ayrı mutluluk verəcəkdi doğmalarına, yaxınlarına...

Hə, qızım, Zəhra qızım, mələk qızım, gözəl qızım... Düşmən güllələrinin başının üstündən uçuşmasına öyrəşmişdin bəlkə də...

Bilirsən, balaca, atışma başlayanda bir ayaq hənirtisi eşidəndə anamıza səslənirdik qaçırıqmı deyə. Deyəsən, qorxmurduq amma. Biz onların qoynunda təhlükəsiz idik axı, elə hiss edirdik. Bəlkə də nənəyə güllə dəyməsə, səni qoruya bilərdi, balaca. Ondan incimə ha. Bəlkə də nənəni o qədər çox sevirdin ki, uçmaq istədin sən də onun yanına.

Gözün yarıaçıq idi sanki. Dönə-dönə baxdım sənə, mələk qızım. Tərəddüddə idinmi? Gözünü bağlamaq istəmirdinmi, balaca? Balaca ürəyinə güc gələ bilmədin, o gözəl balaca başın tab gətirmədimi bu boyda zülmə? Bilirsən, sənə baxanda öz övladlarımı gördüm, balaca. Sən də onlarsan. Sənə baxıb onları görürəm, onlara baxıb səni...

Bilirsən? Bir də "leylək" bezinə sataşdı gözüm. Gəl, sənə bir sirr açım. Sevinirdim ki, ölkəmizdə də istehsal edilən keyfiyyətli məhsullar var artıq. Özü də ucuz. Sonra da yadıma düşür ki, bəlkə də o bezi belə yanınızdakı Nisə xalanın ailəsini dolandırdığı kiçik "budka"sından nisyə alıb Elnur ata. Axı hamı az qala o ortamda bir evli kimidir od-ocağın altında...
Bilirsən, qızım, sən də bir az danışmağa başlayanda hardan gəldiyini soruşacaqdın bütün balalar kimi. Səni leyləklər gətirdi deyəcəkdi nənən.

İndi isə cənnətdəsən, mələk qızım. Allah babanın leyləkləri apardı səni. Daha təhlükəsiz olasan deyə... İnsanlığın, cocuxluğun nə anlama gəldiyini bilməyən birilərinin vəhşiliyinə tuş gəldin. Gözləri açıq yumdular sənin gözlərini, Zəhra qızım. O qədər acizəm ki, sənin rəsminin qarşısında, sənə edilənlərin qarşısında. O qədər acizəm ki...

Şəbnəm Fərahın "Dəli kızım" uyan mahnısı mızıldanır dodaqlarımda...

Gece geçmez gündüz olmaz,
Can bu dünyaya dayanmaz...
Neden?
Haykırdım dağlara duymaz,
Bekledim günlerce yok ki gelen...
Karlı dağların ardında biri yaşarmış
Bulut olur, yağmur olur,
bize bakarmış...
Hem yakın, hem uzakmış-
Yanakları al-almış
Deli kızım, uyan!
Söylenenler yalan!
Deli kızım, uyan...
Bir tek sensin duyan...

Bağışla bizi, qızım. Amma inan. Sənin, sənin yaşında olan bacı-qardaşların, nənə-babaların, ata-anaların, qəhrəman oğullarımızın qisası yerdə qalmayacaq. Mən sənə bu ağrı-acıları yaşayan biri kimi söz verirəm. Biz hamımız sənə söz veririk, balaca. Sən vətənimizim ən gözəl günlərini cənnətdən izləyərək görəcəksən. Əl edəcəksən bacı-qardaşlara. Onlar da səni görəcək. Bütün mutlu cocuxların eyni yerə baxdığı, eyni şeyi gördüyü kimi... Azərbaycan balaları gözəl günlər görəcək mütləq. Biz o günü görməsək belə, işğal altında olan torpaqlarımızda Zəhralar, Fərəhlər, Ayxanlar, Oğuzxanlar, Atillalar, Alpaylar, Fidanlar yürüyəcək. Bu dəfə başlarının üstündə bayram şənliklərindəki fişənglər ulduzlar kimi sayrışacaq. Gözəl günlər görəcəyiz, çocuklar... Gözəl günlər görəcəyiz...

P.S. Baxarkən ürəkləri parçalayan amma görmək istəmədiyimiz, sənin mələk teninə yaraşmayan qan ləkələri and yerimiz olsun, balaca... Ruhun şad olsun, qırmızılım, rahat yat... Oyansan, qorxma. Nənə laylanı çalacaq... Duyan bir tək sənsən axı... Bir tək sənsən duyan...

Tamilla Qulami

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300