Kamal Kılıçdaoroğlu: "Biz bu ölkəyə ədaləti gətirəcəyik, 9 iyul yeni bir tarix, yeni bir başlanğıcdır”
Türkiyə Xalq Cümhuriyyəti Partiyasının (CHP) sədri Kamal Kılıçdaoroğlunun iyunun 15-də Ankaradan İstanbula başlayan yürüşü başa çatıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, "Ədalət” şüarı altında keçirilən və 25 gün davam edən yürüş zamanı 450 km yol qət edilib.

Yürüş İstanbulun Maltəpə qəsəbəsində meydanda mitinqlə yekunlaşıb. Mitinqdə çıxış edən K. Kılıçdaoroğlu deyib ki, bu gün - 9 iyul yeni bir tarix, yeni bir başlanğıcdır. CHP lideri dünyada ən sülhsevər yürüşünü həyata keçirdiklərini söyləyib: "Bu ölkəyə mütləq demokratiya gətirəcəyik. Biz olmayan ədalət, həbsdəki millət vəkilləri, jurnalistlər, hərbçilər, qanun hökmündə qərarlarla universitetlərdən xaric edilən professorlar, qanunsuz işdən çıxarılan dövlət məmurlar, qazilər arasında ayrı-seçkilik edilməməsi üçün yürüş keçirdik. Biz tək adam rejiminə, Fətullahçı Terror Təşkilatına, İŞİD, "Əl-Nusra” terror təşkilatlarına qarşı olduğumuz, məhkəmə siyasi hakimiyyətin nəzarətinə keçdiyi üçün yürüş keçirdik. Fətullahçı Terror Təşkilatının siyasi qanadının ortaya çıxması, həqiqi dövlət çevrilişinə cəhd edənlərin mühakimə olunması üçün yürüş keçirdik. 9 iyul bir yürüşün sonu deyil, yeni bir başlanğıcdır. Bu ölkəyə ədalətin gəlməsi üçün yürüş keçirdik. Bütün peyğəmbərlər ədalət uğrunda mübarizə aparıb. Ədalətin olmadığı dövlət yaşaya bilməz”.

CHP lideri bildirib ki, bir ölkədə parlamentin səlahiyyətləri əlindən alınıbsa, məhkəmələr siyasi hakimiyyətin nəzarətinə keçibsə, ədalət küçədə axtarılacaq: "Biz sona qədər haqq, hüquq, ədalət deyəcəyik. Bizə deyirlər ki, niyə ədaləti küçədə axtarırsınız?! 15 iyulda hərbi çevriliş cəhdinin qarşısını küçələrdə, meydanlarda xalq aldı. Bu xalq da küçələrə, meydanlara axışmaqla bu ölkəyə ədalət gətirəcək. Keçən il 15 iyul hərbi çevriliş cəhdindən istifadə edərək 20 iyulda hakimiyyət mülki çevriliş edərək, parlamentin səlahiyyətlərini mənimsədi. Fövqəladə vəziyyət elan edilərək ölkə parlamentin qəbul etdiyi qanunlarla yox, qanun hökmündə qərarlarla idarə olunmağa başlandı. Biz bu ölkəyə ədaləti gətirəcəyik”.

 

 K. Kılıçdaoroğlu qeyd edib ki, 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı araşdırmalardan vicdanlı, ədalətli prokurorlar kənarlaşdırılıb: "Siyasi hakimiyyətdən, prokurorlardan təlimat alanlar prokuror, hakim deyil. Belələri Türkiyə Cümhuriyyətinin təməlinə dinamit qoyurlar. Hakimlər qərar vermişdilər ki, millət vəkilləri mühakimə oluna bilər, ancaq həbs edilə bilməz. Konstitusiya Məhkəməsinin hakimlərini ədalətin tərəfdarı olmağa çağırıram, qorxmayın. Siyasi hakimiyyətdən qorxmayın, sabah övladlarınızın, nəvələrinizin üzünə baxa bilməyəcəksiniz. Deyirdilər ki, mən 450 km piyada gedə bilməyəcəm, 50-60 km gedəndən sonra dayanacam. Mən dayanmadım, 80 milyon üçün bu yürüşü sona çatdırdım. Biz ədalətli Türkiyə quracağımızı bütün dünyaya çatdırdıq. Artıq hər birimiz Türkiyənin gələcəyi üçün ümidliyik. Biz bir tarix, bir dastan yazdıq. Bu tarixi hamınız yazdınız. Hər birinizə, 80 milyona hörmətimi, salamımı göndərirəm. Biz tələb edirik ki, fövqəladə vəziyyət rejimi ləğv edilsin. Məhkəmələr və ordu siyasətə alət edilməsin. Söz azadlığı, jurnalistlərin həbsə atılmamasını istəyirik. Universitetləri bağlanan yox, hər zaman açıq olan universitetlər tələb edirik. Millətin seçdiyi millət vəkillərinin həbsini yox, parlamentdə fəaliyyət göstərməsini istəyirik. FETÖ ilə formal mübarizə aparılmasını yox, gerçək mübarizə aparılmasını, siyasi qanadının üzə çıxarılmasını istəyirik. Gənclərə hörmətlə yanaşılmasını vacibdir. Biz yüz minlər, milyonlar hər kəs üçün ədalət istəyirik”.

CHP lideri sonda tələblərin yer aldığı bəyannaməni oxuyub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300