ABŞ həm ikitərəfli formatda həm də Minsk qrupunun həmsədri
kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir.
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı
səfiri Robert Sekuta deyib.
O bildirib ki bu yaxınlarda baş verən dəhşətli hadisə göstərdi ki, münaqişənin
həlli üçün dinc, danışıqlar yolu ilə irəliləmək vacibdir.