Siyəzən rayonunda dünəndən başlayan bahalaşma əleyhinə aksiya bu gün də davam edir. Bu barədə Vətəndaş Həmrəylik Partiyasının (VHP) sədr müavini Samir Əsədli öz "facebook” səhifəsində yazıb. Onun sözlərinə görə Siyəzən ayaqdadır: "Bahalaşma əleyhinə etiraz davam edir. 30-dan artıq vətəndaşın saxlanıldığı bildirilir. Həmçinin VHP Siyəzən rayon təşkilatının sədr müavini Etibar Qəniyev də saxlanılıb”.
 
Aksiya iştirakçılarının  Bizimyol.info-ya verdiyi məlumata görə isə dünən başlayan aksiya zamanı, təkliflərinin qəbul ediləcəyi ilə bağlı vədlər verilib. Camaat evə dağıldıqdan sonra isə aksiyada xüsusi fəallıq nümayiş etdirən şəxslər saxlanılaraq, polis bölmələrinə aparılıb. Hazırda Siyəzən Rayon Polis idarəsinin həyətinə xüsusi təyinatlı polis dəstələri və Daxili Qoşunların əsgərləri gətirilir. Aksiya iştirakçılarını dağıtmaq üçün rezin güllələrdən istifadə edilir.
"Siyəzəndə vəziyyət qərgindir, rayona xüsusi teyinatlıları gətiriblər. Hətta zirehli texnika da gətirilib. Bu gün mitinq olacaq deyə gecə ilə bəzi adamları həbs ediblər”, – bu məlumatı "Basta”ya Siyəzəndəki mənbə verib.
 
***
Qeyd edək ki, dünən Siyəzəndə bir qrup yerli sakinin icra hakimiyyətinə yürüş edib. Mənbə bildirir ki, qarşıdakı günlərdə rayonda yeni kütləvi aksiyaların olması planlaşdırılır.

Etiraza səbəb bahalaşma, o cümlədən unun qiymətinin artmasıdır. İşsiz, çörəksiz qalan insanlar ayağa qalxıblar.

Belə görünür ki, hakimiyyət əhalinin haqlı narazılığını aradan qaldırmaq yox, zorakılıq hesabına susdurmaq niyyətindədir.

Deputat Fəzail Ağamalı "Yeni Müsavat”a açıqlamasında Siyəzəndə dünən bahalaşma əleyhinə baş verən aksiyanın Müsavat Partiyası tərəfindən təşkil olunduğunu deyib: "Siyəzəndə 25-30 nəfər unun bahalaşması ilə bağlı etiraz edib. Bizim partiyanın yerli təşkilatından dəqiq məlumat aldım ki, bu aksiyanı təşkil eləyən Müsavat Partiyasının Siyəzən rayon təşkilatıdır. İnsanları həmin təşkilat qızışdıraraq meydana gətirməyə çalışıb. Sonra etirazçılarla rayon icra hakimiyyətinin rəhbərliyi görüş keçirib, onlar dinlənilib. Qaldırılan məsələ ilə bağlı tədbir görülməsi üçün onlara vəd verilib. Sonra isə icra hakimiyyətində müşavirə keçirilib, məsələlər müzakirə edilib”.

Müsavat Partiyasının başqanı Arif Hacılı F.Ağamalının ittihamlarına cavab verib. O, "Yeni Müsavat”a deyib ki, baş verən narazılıqlar əhalinin indiki iqtisadi siyasətdən, düşdükləri ağır durumdan irəli gələn hadisələrdir: "Bu proseslər yəqin ki, bütün ölkədə davam edəcək. Müsavat Partiyasının respublikanın bütün ərazisində yerli strukturları mövcuddur.

Azərbaycan xalqının ağır duruma düşdüyü məqamda Müsavata, onun yerli strukturlarına, ayrı-ayrı nüfuzlu müsavatçılara müraciət etməsinə də təbii yanaşmaq lazımdır. Ancaq konkret olaraq son günlərdə keçirilən aksiyaların təşkilatçısı Müsavat Partiyası deyil.

"Basta” əməkdaşı ilə söhbətində Müsavat başqanı əlavə edib ki, hakimiyyət dairələri xalqın etirazını iqtidarla Müsavatın qarşıdurması kimi təqdim etmək və hərəkatı boğmaq istəyir: "Əslində xalq ayağa qalxır”.

Siyəzənin mərkəzi polis və hərbi maşınlarla doludur. Əlavə olaraq əsgərlər də mərkəzə gətirilib.
Digər videoları əlavə edəcəyik.

***

saat : 11.55

Siyəzənə qoşun yeridilib. Şahidlərin Reaksiya.az — a bildirdiyinə görə, daxili qoşunları daşıyan avtobuslar və kalonlar artıq rayondadır. Bu gün saat 9 — da rayon Mədəniyyət Sarayının qarşısında etiraz aksiyası keçirilməli idi.(bastainfo.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300