"Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia” (Gürcüstan) ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

İştirak ərizəsində 25 futbolçunun adı var. Onların sırasında komandanın yeni transferləri də yer alıb.

Qeyd edək ki, bu, ikinci təsnifat mərhələsi üçün yekun heyətdir. Əgər komanda bu mərhələni adlasa, üçüncü mərhələ üçün daha bir oyunçu sifariş edə bilər.

Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç, 94. Məmməd Hüseynov

Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Migel Madera, 17. Donald Gerryer, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Elşən Abdullayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Hücumçular: 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov

Xatırladaq ki, "Qarabağ” "Samtredia” ilə ilk oyunu iyulun 11-də Bakıda keçirəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300