Alxanlıdakı körpənin ölümü faciədir

 

Bu gün hər birimizin borcu bir daha belə hadisənin təkrarlanmasına yol verməməkdir.

 

Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan ordusunun Alxanlı kəndini atəşə tutması və iki mülki şəxsin, o cümlədən 2 yaşlı uşağın ölümü, bir nəfərin yaralanmasına münasibət bildirərkən deyd edib.

 

Diplomat bildirib ki, bu faciəvi hadisəyə iki cürreaksiya vermək olar:

 

1. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindəki bütün hərbi infrastrukturuna kütləvi zərbə endirməlidir. Bunun hədəfi isə bizim Ermənistan-Azərbaycan sərhədində tam hərbi nəzarətimizi bərpa etmək olmalıdır.

 

2. Beynəlxalq ictimaiyyətə bu terrorizm və vandalizm aktının qınanması üçün müraciət olunmalıdır.

 

Eks-nazirin sözlərinə görə, həmsədrlərin reaksiyasını proqnozlaşdırmaq kifayət qədər sadədir: "Onlar hətta insidenti pisləyən şərh də verə bilərlər, amma burada da mütləq atəşkəs rejiminin gücləndirilməsi üçün tədbirlərin reallaşdırılması haqqında fikir olacaq. Onların da şərhi erməni tərəfinin şərhinə bənzəyəcək. Onlar deyəcəklər ki, "Biz axı sizə təklif etmişdik. Siz, Azərbaycan, atəşkəs rejiminin gücləndirilməsi tədbirlərindən imtina edirsiniz. Günahın böyük hissəsi Azərbaycan tərəfinin payına düşür”.

 

Diplomat sonda qeyd edib ki, bu münasibətə görə də konfliktin həlli ilə bağlı siyasətimiz dəyişməlidir: "Bu, belə davam edə bilməz”.(axar.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300