Dünən Bakıda daha iki nəfər dənizdə batıb.
Lent.az xəbər verir ki, Binəqədi rayonu ərazisində - Novxanı çimərliyində 1995-cü il təvəllüdlü Abdullayev Abbas Abdulla oğlu ilə həmyaşıdı, Cəfərov Orxan Aslan oğlu suda boğulub. Onların meyitləri sudan çıxarılıb.
Bildirilir ki, dənizdə batan gənclər dost olub.
Araşdırma aparılır.