Dövlətimizə qarşı yönələn təhdidləri aradan qaldırmaq üçün mübarizə apararkən qardaş Azərbaycanın Qarabağ bölgəsində Ermənistan işğalçılarının ağır silahlarla hücumu nəticəsində 2 yaşlı övladımızın qətlə yetirilməsi Türkiyədə hamını ağrıdıb. Bu, öz torpağını işğaldan azad etmək üçün Azərbaycanın səbrini daşıran bir damladır.

Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Ədalət və İnkişaf Partiyası (AKP) Osmaniyə millət vəkili Suat Önal deyib. O bildirib ki, Türkiyəni "soyqırım” törətməkdə haqsız şəkildə ittiham edən Ermənistan və erməni diasporası üçün 2 yaşlı azərbaycanlı uşağın onların özləri tərəfindən qətlə yetirilməsi ən ibrətamiz cavabdır: "Türk-islam milləti bunu unutmayacaq, unutmamalıdır. Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, yüz il əvvəl olduğu kimi, bu gün də öz torpaqlarını işğalçı ünsürlərdən təmizləmək yolunda Türkiyə hər an onların yanındadır və üzərinə düşən hər bir vəzifəni qərarlı şəkildə yerinə yetirəcək”.

Müstəqil millət vəkili Yusuf Halaçoğlu da hadisəni sərt şəkildə qınayıb: "Bu alçaq hücum Azərbaycanın öz torpaqlarında birbaşa mülki vətəndaşlara və dövlətə qarşı yönəlmiş qanlı cinayətdir. 100 il əvvəlin qondarma, saxta, baş verməmiş hadisələrini bu gün daha da saxtalaşdıraraq Türkiyəni ittiham etməyə çalışan erməni işğalçıları və onların havadarları suç törətdikləri yerdə yaxalandılar. İki yaşlı uşağın ağır silahla qətlə yetirilməsi Xocalı və Srebrenitsadan sonra tarixin ən ağır soyqırımıdır. Bu mənfur hadisə beynəlxalq hüquqdan irəli gələn haqlarından istifadə edərək öz torpaqlarını işğaldan azad etmə istiqamətində Azərbaycan türklərini daha da səfərbər etməlidir. Buna Azərbaycanın kifayət qədər gücü olduğu kimi, Türkiyənin də hər an qardaşlarının yanında olduğu unudulmamalıdır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300