Şübhəniz olmasın ki, Azərbaycan Ordusu düşməni danışıqlar masasına oturtmaq üçün zəruri tədbirlər görəcək.

Bu sözləri keçmiş dövlət müşaviri Qabil Hüseynli cəbhədəki son vəziyyətlə bağlı axar.az-a açıqlamasında deyib. O, Ordumuzun cavab zərbəsi zamanı ermənilərin itki verdiyinə də şübhə etmədiyini vurğulayıb:

"Ermənistanın olayla bağlı rəsmi məlumatı və ziddiyyətli açıqlamaları, Azərbaycanın ağır silahlardan istifadə etdiyi haqda iddiaları düşmənin ciddi itki verdiyinə şübhə yeri qoymur. Bundan əvvəl də Azərbaycan Ordusu ermənilərin təxribat hərəkətlərinə cavab olaraq düşmənə zərbə endirmişdi. Nəticədə 6 erməni əsgəri məhv edilmiş, bir neçəsi yaralanmışdı. Bu səbəbdən də hazırda Azərbaycan mülki əhalisinə qarşı təxribat törədən düşmənin cəzalandığı şübhəsizdir”.

Ekspert ermənilərin ənənəvi olaraq itkilərini və aldıqları zərbəni gizlətdiklərini bildirib:

"Onlar necə etiraf etsinlər ki, iki mülki şəxsi, həm də nənə və nəvəni qətlə yetirdikləri üçün filan qədər əsgər itiriblər. Əlbəttə, bu etirafı düşməndən gözləmirəm. Ancaq ağır silahlarla cavab verildiyi iddiası müəyyən nəticələrə əsas verir”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı (nənə və nəvə) həlak olublar. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında da ermənilərin itki verdiyi, lakin itkilərini gizlətdiyi vurğulanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300