64868

Bu gündən etibarən aksizli malların plastik kartlarla satışı dayandırılıb. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov AZTV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, sahibkarlar tərəfindən məsələ ilə bağlı Prezident İlham Əliyevə çox saylı müraciətlər olub. Sənədləşmə işləri ilə bağlı Prezident İlham Əliyev aksizli malların, spirtli içkilərin kartla satışı ilə bağlı qərarın icrasının müvəqqəti dayandırılması ilə bağlı tapşırıq verib: "Sənədləşmə ilə bağlı məsələlər var. Həm bizə, həm də Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, cənab Prezidentə çoxsaylı müraciətlər daxil olub ki, bu sənədləşmə işlərinin başa çatdırılmasına müəyyən zaman tələb olunur. Bütün bunları nəzərə alaraq, cənab Prezident həmişəki kimi, yenə də sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın”.

Qeyd edək ki, S.Ələkbərovdan öncə Gəncə şəhər icra hakimiyyəti bu barədə qərar verdiklərini açıqlayıblar.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev spirtli içkilərin satışı ilə bağlı yeni qərar verib.

İH-dən AzNews.az-a daxil olan məlumata görə, tapşırığa müvafiq olaraq bu gündən etibarən iaşə və ticarət obyektlərində tütün məmulatları və spirtli içkilərin satışı nağd və ya nağdsız (kartla) həyata keçirilə bilər.

Bu isə kuryoz hadisədir. Belə ki, bu barədə qərarlar mərkəzi hakimiyyət tərəfindən verilir və ayrı-ayrı bölgələrin müstəqil qərar vermə hüququ yoxdur. Görünən odur ki, Elmar Vəliyev və ya işçiləri Gəncənin də muxtar respublika olduğunu düşünüb.


elmr3223elmar111

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300