Ölkədə seçki mühitinin durumu acınacaqlı durumdadır. - Monitorinq qrupuÖlkədə seçki mühitinin durumu acınacaqlı durumdadır.
Hazırda seçkiqabağı ictimai-siyasi mühit, vətəndaş cəmiyyətinə olan son basqılar ölkədə azad və demokratik parlament seçkisinin keçirilməsi üçün yetərli deyil. Siyasi, ifadə və sərbəst toplaşmaq azadlıqlarının təmin olunması yönündə problemlər ölkədə şəffaf seçki prosesinin gedişatını beynəlxalq standartlara cavab vermediyi göstərir. 
Regionlarda apardığımız sorğular nəticəsində əhalinin 77%-nin keçirləcək seçkilər haqqında məlumatsız olduqlarını öyrəndik.
Telekanalların proqram strategiyasına baxdığımız zaman onların heç birinin seçki mövzusuna maraq göstərmədiyini, sorğuların, tok-şouların, debatların keçirlməsindən "könüllü” olaraq imtina etdiyinin şahidi oluruq. Bütün bunlar şəffaf seçkilərin keçirilməsinə cəmiyyətinin şübhə ilə yanaşmasına gətirib çıxardır. Təəssüflə deyə bilərik ki, hal-hazırda ölkədə seçki mühitinin durumu acınacaqlı durumdadır.
"4 region - Müstəqil Müşahidəçilər Qrupu" ölkədə normal seçki mühitinin formalaşdırılması və bərabər rəqabətə əsaslanan mübarizə meydanının yaradılmasının tərəfdarıdır.
"4 region" MMQ-nun könüllüləri seçki fəallığının üstün olduğu 4 şəhər: Bakı, Şəki, Gəncə və Lənkəran və bu şəhərlərin yerləşdiyi ətraf regionlarda prosesi izləyəcəklər
 

Ruslan Vəliyev
 TEREF.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300