Bakıda 45 yaşlı qadın itkin düşüb.
Lent.az-ın xəbərinə görə, General Şıxlınski küçəsində yaşayan 50 yaşlı İdrak Maqsudov polisə müraciət edərək bildirib ki, həyat yoldaşı Elmira Budaqova iyunun 24-də Nəsrəddin Tusi küçəsində 62 saylı marşrut avtobusundan düşərək naməlum istiqamətə gedib. Həmin vaxtdan sonra qadından xəbər almaq mümkün olmayıb.
Axtarış tədbirləri həyata keçirilir.