Borçalı Cəmiyyəti daha bir "Təbriz Gecəsi” keçirdi

İyulun 1-də Bakının Xudafərin Şadlıq Sarayında Borçalı Cəmiyyətinin təşkilatçılığı ilə sayca 4 -cü Təbriz Gecəsi keçirilib. Azərbaycan Respublikasının himni ilə başlanan gecənin aparıcıları Borçalı Cəmiyyəti İH-nin üzvləri Qiymət Məhərrəmli və Rüfət Muradlı Təbriz Gecəsi və Təbrizin millətimizin üçün önəmi haqda məlumat verdikdən sonra Güney Azərbaycanın tanınmış dövlət xadimləri bu il şəhadətlərinin 70 illiyi qeyd olunan Seyid Cəfər Pişəvəri və Firudin İbrahiminin, eləcə də Güneyli Quzeyli Vətənimizin , Türkiyə və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükut elan edilib.

Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gecənin iştirakçılarını salamlayaraq Təbriz Gecəsinin Cəmiyyət üçün önəmi haqda danışıb və bu ənənənin daim davam edəcəyini vurğulayıb. Bu ilki "CAVAD HEYƏT MEDALI”nın sahibləri AMEA-nın Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə, filologiya elmləri doktoru Pərvanə Məmmədli, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, İngiltərədə yaşayan soydaşımız İsa Türkoğlu , eləcə də AYB Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz Güney Azərbaycanda fədailəri , Doktor Cavad Heyət şəxsiyyəti, eləcə də Güneydəki son durum haqda ətraflı çıxış ediblər.

Təsadüfi deyil ki, Borçalı Cəmiyyəti İH-nin 30 iyun tarixli qərarına əsasən Güney Azərbaycan ədəbiyyatının, özəlliklə Cavad Heyət irsinin araşdırılmasındakı çalışmalarına görə Pərvanə Məmmədli, elmi fəaliyyətində Güney Azərbaycan həqiqətlərinin tanıtdırılmasındakı ardıcıl və səmərəli çalışmalarına görə Səməd Bayramzadə, Avropada Güney Azərbaycan həqiqətlərinin tanıtdırılmasındakı uzun illər yorulmaz və səmərəli çalışmalarına görə Abdulla Əmir Haşimi Cavanşir, mühacirətdə Güney Azərbaycan ədəbiyyatının yaşamasındakı yorulmaz çalışmalarına görə və anadan olmasınln 50 illiyi münasibətilə Hadi Qaraçay, Avropada Güney Azərbaycan həqiqətlərinin tanıtdırılmasındakı səmərəli çalışmalarına görə İsa Türkoğlu "Borçalı” Cəmiyyətinin İH-nin 30 iyun 2017-ci lil tarixli iclasının qərarına əsasən "CAVAD HEYƏT MEDALI”na layiq görülüblər.

Qaliblərin təltif olunması zamanı tanınmış folklorşünas alim Elxan Məmmədli, MSDM -nin sədri İsa Qəmbər, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu çıxış ediblər. Gecənin bədii hissəsində tanınmış saz söz ustaları əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, bədii qiraət ustası Səməd Hətəmov, Aşıq Aişə, şair Rafail Tağızadə, Aşıq Nargilə, Şuşa Elat Muğam üçlüyü, Aşıq Cahangir, Süleyman Səmədoğlu və Aşıq Tərmeyxan çıxış edərək Təbriz Gecəsinə əlavə rəng qatmışlar. Gecənin sonunda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bütün iştirakçılara təşəkkür edərək elimizi 26 iyulda Armudluda keçirilən Elat Bayramına hazır olmağa səslədi.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300