Neftçala təhsilində rəzalət- direktor şagird valideyni ilə yaxalandı

 

Neftçala təhsilinin tənəzzül dövrü yaşaması ilə bağlı bir neçə dəfə araşdırma yazılarımız və həyacan təbili çalmağımıza rəğmən yaxşılığa doğru dəyişəcək bir şey görmədik.


 

Müxtəlif bayram və tədbirlərlə bağlı yığılan qeyri-qanuni pullar, rayon internat məktəbinə ayrılan vəsaitin mənimsəlinməsi, bir neçə məktəbin dərs keçirilməsi üçün yararsız olması, qış mövsumundə soyuq daş binanın reallıqları və onlarla bu kimi problemlərlə bağlı mətbuatın işıqlandırmasına baxmayaraq, vəziyyət olduğu kimi qalmaqdadır.

Bu dəfə durum daha ağırdır. Belə ki, söhbət açacağımız məktəb direktoru ilə iki öncə mübahisəmiz düşdüyü üçün əslində bu mövzuya toxunmayaqdım.Di gəl ki, redaksiyamıza çoxsaylı zənglər yazmağa vadar etdi.

Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd tam orta məktəbi

 

Qədimkənd məktəbi  Azərbaycanımıza yüzlərlə xeyir verən, dövlətimizə dirək olan kadr, mütəxəsis vermişdir.Onlarla müsabiqələrin, idman yarışlarının qalibi olan məktəb get-gedə bu nəticələr azalmaqdadır.Hər hansı şagirdin ali məktəbə qəbul zamanı topladığı balların bu məktəblə heç bir ilgisi yoxdur.O nəticələrin səbəbkarı boğazından kəsən valideynlərin, və gecələrini oyaq qalan şagirdlərin əziyyətinin bəhrəsidir.Beləki, məktəb təhsili ilə son illər bir nəfər belə yüksək bal toplamamışdır. Repitetr yanına getmədən ali məktəbə qəbul olmaq bu gün arzu şəklindədir...

Məktəbin direktorunun vəzifə yüksəlişi

Sakit Kərimov adına Qədimkənd tam orta məktəbinin direktoru cavan yaşlarında  bu posta gəlməsində nə savadı, nədə potensiallı kadr olması deyil. Sadəcə olaraq özündən əvvəlki direktor atası Əzizağa Cəfərov olmuşdur.Və təqaüdə çıxan direktorun yerinə təyinat qərarında isə rayon təhsil şöbəsi Əjdər Kərimov əmisioğlu Kamal Cəfərovu təyin etmişdir.Bu qədər sadə və bəsit.

Məktəbdəki son rəzil durum

Şəhid adını daşıyan məktəb 10-dan çox şəhid vermişdir. Son aprel döyüşlərində məktəbin məzunu olmuş şəhid gizir Elimdar Səfərovun rəşadətli döyüşlərindən bir neçə dəfə reportaj hazırlamışıq. Məktəb- tərbiyə, əxlaq, elm,  təhsil öyrədilən ocaqdır.Bu gün parta arxasında əyləşən şagirdlər sabah Azərbaycanımızın idarəetməçiliyində iştirak edəcək. Məktəb- vətəndaş yetişdirilmə ocağıdır.Amma Qədimkənd məktəbində olaylar 180 dərəcə tərsinədir. Əxlaq, vətənpərvərlik aşılanacaq şagirdin valideyni ilə min cür hoqqadan çıxan Kamal Cəfərovun bu posta layiq olmadığı vəzifəyə gəlmə səbəbini izah edəndə zatən bilinirdi. Şagirdin valideyni ilə yaxalanan direktorun əməli haqqında dəfələrlə redaksiya nömrəsinə zənglər, kənd sakinlərinin müraciəti( mən özümdə bu kəndin sakiniyəm-red) məsələni ictimailəşdirməyə rəvac verdi.Artıq kənd dəyib bir-birinə. Kəndin ziyalıları, ağsaqqallları, inanclı şəxsləri, şagird valideynləri direktorun əxlaqsız əməli barədə ölçü götürülməsini, nəinki direktorluqdan, müəllim statusunun əlindən alınması üçün Təhsil Nazirliyinə imza toplayıb məktub yolayacaqların bildirirlər.

Kamal Cəfərovun əslində təhsili və məşğuliyyəti

Kamal Cəfərov ixtisasca ərəb dili müəllimidir. Ərəb dilinə təlabatın az olması səbəbindən ixtisasartırma yolu ilə tarix müəllimi kimi də dərs keçir. Amma müəllimliyi bacarmadığı, məktəbə layiq olmadığı bu ona əsas vermir ki, o heç nə bacarmır.Beləki, hektarlarla əkin sahəsini əkib –becərməyi , ov ovlayıb, quş quşlamağı, arıçılığı çox gözəl bilir.Bu yerdə deyiblər, hərə öz yerində olsa yaxşıdır.Səhv düşəndə yerimiz...


Yazmağa tərəddüd etməyimin səbibi

2015-ci il yanvar ayında məzunu olduğum Qədimkənd məktəbinə yollandım. Xatırladım ki, mən özümdə bu məktəbi bitirmişəm. Və bizim məzun olduğumuz ilə qədər direktor Kamal Cəfərovun atası Əzizağa Cəfərov idi. Məktəbə getməyimdə məqsədim ali məktəbi qazanmağımda, vətəndaş kimi formalaşmağımda əziyyəti keçən müəllimlərimi yoxlamaq idi. Müəllimlərimlə görüşüb birinci sinifdən 11-ci sinifə qədər dərs aldığım otaqları gəzərkən ürək ağrıdan mənzərələrlə rastlaşdım. Uçub–dağılmış dəhlizlər, qapısı yerindən çıxmış sinif otaqları. Bir sözlə baxımsızlıq. Məndə bir iki şəkil çəkib "facebook” hesabımda paylaşdım. Bunun direktorla heç bir əlaqəsi olmadığı halda, Kamal Cəfərov müəllimə, insana və insanlığa sığmayan cümlələri paylaşdığım fotoların rəy bölümünə doldurmağa başladı. Elə o vaxt məsələ ictimailəşdi.(Aşağıdakı fotolarda həmin saytlardan götürülmüşdür)

Neftçala Təhsil şöbəsində nə baş verir?-

Bir neçə saytlar direktorun keçmiş məzuna qarşı təhqir dolu cümlələrinin yol verilməzliyi və Rayon təhsil şöbəsinin bu müəllim barədə ölçü götürülməsi üçün müraciət etdilər.Rayon Təhsil şöbəsinin buna lazımi reaksiya verməyəcəyini bilib Təhsil Naziri Mikayıl Cabbarova məktub yolladım.Məktubda məsələnin mahiyyəti və direktorun təhqir dolu cümlələrindən sitat yazdım.

Təhsil Nazirliyidə məktubun araşdırıması üçün Neftçala Təhsil şöbəsinə yolladı.Rayon təhsil şöbəsi isə mənim qərəzli olduğumu bildirərək məsələni bağlamış oldu. Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov  əmisioğlu Kamal Cəfərovu müdafiə etdi və məni günahkar çıxardı. Bəli məs buna görə yazmaq istəmirdim. Deyəcəklər ki, şəxsi intriqa səbəblərindən yazıb.Amma çox saylı müariətlərə görə yazdım. Və ən əsası vurğulamaq istədiyim məqam odur ki, İlahi ədalət deyilən bir şey var.Bu gün direktor kənddə rüsvay olub və bu nə müəllimə nə sıradan insana yaraşmayan əməldir.Hərçənd mənim məktəbin dağılmış yerlərindən paylaşdığım şəkillərin rəy bölümünə "adam kişi olar, arxadan iş görmək kişiyə yaraşmaz” kimi cümlələr yazmışdı.Bəli, Kamal Cəfərov, adam kişi olar. Xalqın namusuna göz tikməz. Və bu yer təhsil ocağı, şəhid adını daşıyan yerdirsə, yalan danışmaq belə olmaz.

Neftçalada təhsil adına rəzalət-FOTOLAR/VİDEOLARNeftçalada təhsil adına rəzalət-FOTOLAR/VİDEOLAR

Son məzun günündə nə baş verdi

Bu ilin Son Zəng günündə Qədimkənd məktəbinə rayon İcra başçısı İsmayıl Vəliyev, dövlət televisiyası AZTV təşrif buyurmuşdu.Məktəblilərin hazırladıqları kompazisiyalar, şeirlər və son dərs günü.Elə həmin gün məktəbin arxasında yerləşən iri tutumlu su çəni kranlarla götürüldü.Məktəbin balansında olan qiyməti 10 dərs otağına istilik sistemi quraşdırmağa yetərəcək su çəninin aqibəti bu günə qədər qaranlıqdır.Məktəbin əvvəllər təmirini şagirdlərin üzərinə atılırdısa, indi isə bu işi sinif rəhbərlərinıə tapşırırlar.Sinif rəhbərləri öz hesablarına sinif otaqlarını təmir etdirirlər.


Neftçalada təhsil adına rəzalət-FOTOLAR/VİDEOLAR

P.S. Yuxarıda qeyd etdiyim kimi, ilahi ədalət deyilən bir şey var. Mənim xoş niyyətli ziyarətimi təhqir dolu cümlələr yazan insan  bu gün insan içinə çıxa bilmir. Bir ailənin dağılmasına vəsilə oldu. Burada zamanında belə şəxsin direktor olması yolverilməzdir deyə yazıb Təhsil nazirliyinə bildirəndə müvafiq addım atılsaydı bu gün belə bir biabırçı olayın şahidi olmazdıq. Kimdir müqəssir, Təhsil Naziri Mikayıl Cabbarov?-Ki, məktubumu zamanında düzgün araşdırılmadı.Ya Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov? Əmisioğludur deyə vəzifəyə gətirdiyi, nazirliyin məktubunu düzgün qiymətləndirmədiyi üçün. Ya elə bizlər? Vətəndaş olaraq yersiz kadr islahatı olanda müvafiq qurumlara bildirməməyimiz.Dövlət quruculuğunda özümüzü kənara çəkməyimiz? Elə isə Siz deyin, onu bağışlamaq olarmı?...

Saday Fərəcov, uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300