İŞİD Suriyanın Hələb şəhərini tərk etdi.
Axar.az Sputnik-ə istinadən xəbər verir ki, bu sözləri Suriya İnsan Haqları İzləmə Təşkilatının rəhbəri Rami Əbdülrəhman deyib.
"Suriya ordusunun uğurlu əməliyyatlarından sonra İtriyə-Rasafa yolu İŞİD-dən alındı. Bununla da Hələb tamamilə İŞİD-dən azad edildi”, - Rami bildirib.
Qeyd edək ki, daha əvvəl Hələbin İŞİD-dən tam azad edildiyi deyilsə də, İŞİD-çilərin bir qismi öz mövqelərində qalmışdı.
a