İcra başçısı ondan kömək istəyən qadına
 
Saatlı rayonunda İcra başçısının qəbulunda insident yaşanıb .

Rayondakı mənbələrdən Savash.org-a daxil olan məlumata görə ötən gün icra başçısı ənənəvi qəbul keçirib və qəbula xeyli sayda sakin qatılıb. Onların böyük əksəriyyətinin icra başçısından sosial vəziyyətləri ilə bağlı köməklik istədiyini bildirən mənbəmiz Siraqəddin Cabbarovun onlarla kobud danışdığını bildirib:

"İş hətta o yerə çatıb ki, qəbula gələn yaşlı qadınlardan biri icra başçısı tərəfindən təhqir olunub. Belə ki, icra başçısına dolana bilmədiyini, bu üzdən də yardım istədiyini deyən qadının sözləri ağzında qalıb. İcra başçısı qadının sözünü kəsərək, ona heç bir yardım göstərə bilməyəcəyini deyib. İcra başçısının "nə edirsən et, istəyirsən uşaqlarını dilənib dolandır, bunun mənə dəxli yoxdur” sözləri isə xanıma çox pis təsir edib və onun qəbuldaca ürəyi gedib.

Savash.org-a verilən məlumata görə, hətta bu da Siraqəddin Cabbarovun ürəyinə rəhm salmayıb. Belə ki, ürəyi getmiş qadını qəbuldan çıxardaraq İcra hakimiyyətinin binası önünə atıblar.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
 
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300