Dövlət Şirkətinin sədri Akim Bədəlov pullarını ölkədən belə çıxardıb -
 
Agentlik sədri MTN işinə görə vəzifəsindən qovulan bacısı oğlu Pərviz Vəliyevlə xaricdə biznes qurub

"Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini” qanunsuz ələ keçirməsi ilə gündəmə gələn Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlovla bağlı saytımıza ilginc informasiya daxil olub.

Məlumatı verməmişdən öncə qeyd edək ki, Akim Bədəlov balansında çoxlu sayda obyekt, torpaq sahəsi olan və mərhum dövlət katibi Tofiq İsmayılov tərəfindən yaradılan "Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini MTN rəhbərliyinin köməkliyi ilə, saxta notarial sənədlərlə ələ keçirib. Bu iddianı ötən il mətbuata mərhum Tofiq İsmayılovun qızı Səbinə Simayılova açııqlamışdı. Tofiq İsmayılovun ailəsi dəfələrlə məhkəməyə müraciətlər etsədə sonda Akim Bədəlov qudası Ali Məhkəmənin sədri Ramiz Rzayevin dəstəyi ilə problem "yoluna” qoya bilib. Akim Bədəlov bir müddət əvvəl mərhum dövlət katibinin ailəsinə MTN-nin Hava Limanı İdarəsinin sabiq rəisi, keçmiş nazir Eldar Mahmudovun və "Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin milyardlarını ölkədən çıxarılmasında müstəsna xidmətləri olmuş Pərviz Vəliyevin adı ilə hədə qorxu gələrək onlardan sakit durmalarını istəyib.

7News.az-a daxil olan məlumatda qeyd olunur ki, Akim Bədəlov birinci devalyasiyadan sonra bu ilin aprel ayında Bakı şəhərindəki topraq sahələrini, evlərini və obyektlərini sataraq ölkədən çıxardıb. Mənbə Agentlik sədrinin pullarını bacısı oğlanları "Azalternativenerji” MMC-nin sədri Rizvan Vəliyev və Hava Limanı İdarəsinin sabiq rəisi polkovnik Pərviz Vəliyevlə birgə Türkiyəyə və Avropa ölkələrinin birinə yerləşdirdiyini iddia edir. Belə ki, agentlik sədri bacısı oğlanları ilə birlikdə Türkiyədə turizm şirkəti yaratmaqla bərabər həmdə bu ölkənin İstanbul şəhərində bir neçə ev, villa və dükanlar alıb.

Bədəlovlar ölkədən çıxartdığı vəsaitin böyük hissəsini isə Avropada İngiltərə və İsveçrə dövlətlərinə transfer ediblər. Hazırda London şəhərində Akim Bədəlovun oğlu Aqşin Bədəlova məxsus dəbdəbəli bir malikanənin və iki şirkətin olduğu deyilir. Həmin şirkətlər isə keçmiş MTN zabiti Hava Limani İdarəsinin rəisi Pərviz Vəliyevin və qardaşı Rizvan Vəliyevin pulları hesabına qurulub. İnformasiya qaynağımız iddia edir ki, ölkədə ikinci devalyasiyadan sonra isə, Akim Bədəlovun bacısı oğlu, MTN işinə görə vəzifəsindən qovulan Pərviz Vəliyev Akim Bədəlovun əli ilə özünə məxsus pullarınıda ölkədən çıxarmağa müfəvəq olub. Bundan başqa Agentlik rəhbəri Bakını Nəsimi rayonundakı mağazalarını, həmçinin Yasamal rayon Badamdar qəsəbəsindəki villasını və digər obyektlərinida satışa çıxartdığı deyilir. Lakin əmlak qiymətlərinin kəskin ucuzlaşmasına görə agentlik sədri obyektlərini və evlərini ucuz satmaqdan vaz keçib.

İddiaya görə təkcə aprel ayında Akim Bədəlov və bacısı usaqları ölkədən 60 milyon dollardan çox vəsait çıxardıblar.

Amma pul çıxartma əməliyyatı bununla bitməyib. Belə ki, davamlı olaraq avqust ayına kimi dayı bacıoğlanları bir neçə dəfə əlavə ölkədən vəsait çıxardıblar. Mənbəmiz bildirir ki, Akim Bədəlov və bacısı oğlanları pullarını bank vasitəsi ilə yox nəğd şəkildə çıxardıblar. Bu əməliyyatın həyata keçirilməsini isə Bədələovun bacısı olu Hava Limanın İdarə rəisi Pərviz Vəliyev təşkil edib.

Növbəti yazımızda Akim Bədəlovla bağlı redaksiyamıza daxil olan digər ilginc məlumatları dərc edəcəyik.(7News.az)
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300