Çexiya ərazisində donuzlarda afrika taunu aşkar edilib. Virtualaz.org xəbər verir ki, bununla bağlı Çexiya Dövlət Baytarlıq İdarəsi və Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq edib. Bu həm fərdi təsərrüfatlarda saxlanılan, həm də vəhşi heyvanlar üçün ciddi təhlükə törədir. Problem ondadır ki, bu infeksiya ilə mübarizə aparmaq üçün hələ ki, vaksinlər mövcud deyil, və virusa yoluxan heyvanlar həlak olurlar

 

Məlumatda o da bildirilir ki, bu virus insan üçün təhlükəli deyil. Çünki donuzlar arasında yayılan afrika taunu sağlamlıq üçün heç bir təhlükə yaratmır. Amma bununla belə yoluxmuş donuzlar məhv ediləcək.

 

Donuzlar arasında yayılan Afrika taunu ilk dəfə Çexiya ərazisində qeydə alınıb. Bu problemlə uzun zaman Polşa və Litvada da fermerlər mübarizə aparıblar. Amma çex mütəxəssislər taunun yayılmasının yüksək ehtimalı haqqında əvvəlcədən xəbərdarlıq ediblər. Güman edilir ki, Polşaya və Litvaya taun Azərbaycandan keçib.

 

Mənbənin yazdığına görə, əgər vəziyyət pisləşərsə, Çexiya daha təhlükəsiz ölkələrdən donuz ətini ala bilər. Səhiyyə Nazirliyi və Baytarlıq İdarəsinin təcili mətbuat konfransı keçirərək vəziyyətlə bağlı şərh verəcəkləri gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300