ali-karimli-qurultayda1

AXCP sədri Əli Kərimli univeristetlərin təhsil haqqına görə tələbələri imtahana buraxmamasına münasibət bildirib. Əli Kərimli Facebook səhifəsində yazır:

"Ölkəmizin bütün universitetlərində sərt tələb qoyulub. Təhsil haqqının ən azı yarısını ödəyə bilməyən tələbələr imtahanlara buraxılmır. Beləliklə, hazırda 10 minlərlə tələbə (hər universitetdə minə yaxın tələbə olmaqla) imtahanlara buraxılmır, universitet koridorlarında qalıb, çarə axtarırlar. Müflis edilmiş ailələr ildən-ilə artan təhsil haqqını ödəyə bilmirlər. Azərbaycanda təxminən 150 min tələbə var və onların təxminən 65 faizi ödənişli əsaslarla təhsil alır. Söhbət təqribən 100 min ailənin üzləşdiyi problemdən gedir.

Bundan başqa xaricdə, o cümlədən Türkiyədə təhsil alan 10 minlərlə tələbələrimiz və onların ailələri də çox ağır duruma düşüblər. Onların bütün xərcləri dollarla hesablanır. Minlərlə tələbənin təhsilini yarımçıq qoymaq riski yaranıb. Anlamalısınız ki, əsl milli sərvət bizim yüksək təhsilli gəncliyimizdir. Sizin bacarıqsızlığınızın, acgözlüyünüzün, israfçılığınızın əziyyətini Azərbaycan gəncliyi (və onların ailələri) çəkməli deyil. Bu ailələrə mütləq kömək etmək lazımdır.

Pul yoxdur? Neft Fonduna, ARDNŞ-ə, digər dövlət şirkətlərinə milyardlarla manat pul xərcləyib tikdiyiniz, aldığınız yeni ofislərin birini satın. Onların əvvəlki ofislərinə qayıtması bir problem olmaz. Onsuz da gördükləri iş bu millətin sərvətlərini dağıtmaqdır. Onu da etmək istəmirsinizsə, bu il keçirməyi nəzərdə tutduğunuz Formula -1 və İslam Həmrəyliyi oyunlarına ev sahibliyindən imtina edib, həmin pullarla Azərbaycan gəncliyini xilas edin!”

 Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300