Bu gün Konfederasiyalar kubokunda ikinci finalçının adı bəlli olub.
Qol.az-ın xəbərinə görə, növbəti yarımfinal matçında son dünya çempionu Almaniya Meksika millisi ilə qarşılaşıb. Matç Bundestimin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Almaniya finalda Çili yığması ilə üz-üzə gələcək. Həlledici oyun iyulun 2-i keçiriləcək.
29 iyun
Almaniya – Meksika - 4:1
Qollar: Leon Qoretzka, 6 (1:0), 8 (2:0), Verner, 59 (3:0), Marko Fabian, 89
(3:1), Amin Yunes, 90+1 (4:1)