Azərbaycanlı Elşən Cəfərli Ukrayna Ali Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun köməkçisi təyin olunub.
Musavat.com xəbər verir ki, Elşən Cəfərli 1982 -ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Azərbaycan Polis Akademiyasının hüquq fakültəsini fərqlənmə diplomi ilə bitirib. 13 ildir Ukraynada yaşayır və hüquqşünas kimi fəaliyyət göstərir. Ukrayna vətəndaşıdır.