Az əvvəl İranın Dövlət Radio və Televiziyası özünün internet saytında İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ölüsünün fotolarını yayıb. Bununla da televiziya Bağdadinin ötən ay mayın 25-də Rusiya Hava-Kosmik Qüvvələrinin endirdiyi zərbələr nəticəsində məhv edildiyini təsdiqləyib.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, İran televiziyası dünyanın ən qəddar, mənfur terror təşkilatının ölüsünün iki fotosunu və müqayisə üçün onun sağ ikən çəkilmiş fotosunu yayıb.

 

Bundan əvvəl bəzi informasiya mənbələri ayətullah Əli Xomneyinin "Əl-Qüds” xüsusi təyinatlı briqadasındakı nümayəndəsi Əli Şiraziyə istinadən əl-Bağdadinin öldürüldüyünü təsdiqləmişdi. Bağdadinin ölümü haqda məlumatı iyunun ortalarında Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumatda deyilirdi ki, mayın sonlarında Suriyada endirilən hava zərbələri nəticəsində İŞİD lideri də daxil olmaqla 300-ə qədər terrorçunun öldürüldüyünə dair ilkin məlumatlar var. Lakin Rusiya Bağdadinin məhv edildiyini əminliklə təsdiqləməkdən çəkinmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300