Portuqaliyalı rəssam Luiza Azevedo fotoşopdan istifadə edərək sürreal fotolar hazırlayır.
"Qaynarinfo" "Boredpanda"ya istinadən xəbər verir ki, rəssam bir-birilə əlaqəli olmayan obyektləri, fiqurları birləşdirərək sürreal əsərlər yaradır. İlk belə fotosunu 2015-ci ildə hazırlayan Luiza şəkilləri "Instagram" hesabından paylaşıb və bir çox insanın diqqətini çəkib.