İyunun 26-da Rusiyanın Ryazan vilayətinin Rıbnovski rayon məhkəməsi yerli kafelərdən birində namaz qılan Azərbaycan vətəndaşını cərimələyib.

Bu barədə məhkəmənin saytında məlumat yerləşdirilib.

İnsident iyunun 23-də, cümə günü baş verib. Kişi kafelərdən birinin otağında axşam namazı qalıb. Məhkəmənin qərarına görə, bununla da o, vicdan azadlığı, dini etiqad azadlığı və dini təşkilatlar haqqında qanunvericiliyin tələblərini pozmuş olub.

Azərbaycan vətəndaşı günahını etiraf edib və bir həftədən sonra Rusiyanı tərk edəcəyini bildirib.

Bununla belə, o müqəssir bilinərək Rusiyadan çıxarılmamaq şərti ilə 3 min rubl məbləğində cərimə olunub.("Report”)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300