ATİ-də qanunsuzluqlar, saxtakarlıqlar və qeyri-qanuni işdən çıxarılmalar baş verir

 

2014-cü ilin fevral ayından bu günə kimi Mühafizə Xidmətindən təqribən 192 keşikçi Mərdəkandakı "Arif Nəzər oğlu Heydərov adına sıravi və kiçik rəis heyəti hazırlayan polis məktəbində” kurs keçmişlər. Onların hər birinə təqribən 800-850 AZN pul ödənilməsinə baxmayaraq, 15-20 nəfər işdən çıxarılıb, bir çoxu isə müxtəlif xidmətlərə keçib. Bu israfçılıq kimə lazımdır?

 

Xeberman.com saytına mənbə bildir ki, MTN-də və DİN-də xidmət etmiş sonradan ATİ-də müxtəlif vəzifələrdə işləyən bir neçə polkovniki ştatda dəyişiklik etməklə və söz-söhbət yaratmaqla işdən uzaqlaşdırıb. Onların yerinə Müdafiə Nazirliyindən yüksək pensiya alan, istefaya göndərilən zabitləri qəbul etmişdir. Bərabər xidmət etdiyi Məmmədov Ehtiqam bir vaxt Mühafizə Xidməti rəisinin işin təşkili üzrə müavini oldu. Müəyyən səbəblərə ( Milli Aviasiya Akademiyasını savadsızlar bitirir və ordakılar savadsızdırlar) sözlərini sıra toplantısında dediyinə görə bu vəzifədən uzaqlaşdırıldı və ATİ-nin Koordinasiya şöbəsində İstiqamətlər üzrə Xidmət rəisinin köməkçisi vəzifəsinə təyin olunmasına baxmayaraq, öz vəzifəsində işləməyibdir. ATİ-nin tərkibində fəaliyyət göstərən yardımçı təsərrüfatda (maldarlıq, bağçalıq, meyvə-tərəvəzçilik, arıçılıq və sair) işləmişdi. Hal-hazırda Ehtiqam Məmmədov Aviasiya təhlükəsizlik İdarəsində daxili təhlükəsizliyin rəisi vəzifəsinə təyin olunub, bütün kameralara nəzarət edir. Təqribən 7-8 il bundan əvvəl ATİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Etibar Cəbrayılov konkret faktlara əsasən işdən çıxarılmışdır. Hal-hazırda Aviasiya Təhlükəsizlik İdarəsinin direktorunun müavini vəzifəsində işləyir.

 

Müdafiə Nazirliyində kadrlar idarəsində işləmiş ailəsi İsveçrədə yaşayan Vidadi Məmmədov işdən uzaqlaşdırılandan sonra ATİ-də müfəttiş vəzifəsinə qəbul olunmuş və hal-hazırda kadrlar idarəsində işləyir. Ali savadı olmayanları xidmət rəisi, xidmət rəisinin müavini vəzifələrinə təyin edirlər. Məlum təlimatlarda qeyd olunub ki, aviasiya sahəsində üç il müddətində müxtəlif vəzifələrdə çalışmış ali təhsili olan işçilər rəhbər vəzifələrdə işləyə bilər. Heyif ki, təlimatın tələbləri Elxan Orucov və Vidadi Məmmədov tərəfindən pozulur. Bir neçə il bundan əvvəl narkotik qəbul etdiyinə, şəxsi heyəti narahat etdiyinə görə işdən çıxarılan əməkdaşlar yenidən işə qəbul olunublar.

Bu hələ son deyil Aviasiya təhlükəsizlik idarəsində özbaşnalıqlar bunla son tapmır bütün idarə korrupsiya və rüşvət içərisində batıb gedir. Aviasiya təhlükəsizlik Xidməti isə bütün bu xidmətlər içərisində ən acınacaqlı haldadır.

 

Xidmətin hal hazırda xidmət rəisi vəzifəsində çalışan Rasim Hüseynov bütün idarənin nüfüzunu batırıb.İki terminalda xidmət göstərən personalın üzərində cəllad kəsilən müavinlıri sanki işçilərə hər cəhətdən təziqlər göstərərək onların öz xoşları ilə işdən çıxmalarına bir vasitədir.Rasim Hüseynovun rəhbərlik etdiyi təhlükəsizlik idarəsinə 2014-2015 ci illər ərzində 200 əməkdaş işə qəbul olunubsa bir il ərzində bu əməkdaşların 150 nəfəri işdən təziqlər nəticəsində tutduğları vəzifədən azad edilmişlər.Bu yaranmış rüşvət burulğanına düşməyən işçilər isə bir vasitə bir bəhanə ilə işdən qovulurlar.Buna sübut olaraq 2015 ci ildə Azərbaycan Hava yolları Q.S.C nin rəhbəri olan Cahangir Əsgərovun şəxsən özünün ehtimad bəslədiyi savadlı,personalla iş qabiliyyəti olan Təhməzov Yalçının işdən kənarlaşdırılmasını göstərmək olar.

 

Yalçın Təhməzov Terminal 1-ə Xidmət Rəisinin köməkçisi vəzifəsinə şəxsən Cahangir Əsgərovun tapşırığı ilə gəlmişdir.O Rasim Hüseynovun rüşvət təklifini rədd etdikdən sonra ona müəyyən təziqlər göstərildi dəfələrlə Rasim Hüseynovun yalan və böhtanları ilə üzləşən Təhməzov işdən azad edildi.Aviasiya Təhlükəsizlik Xidmətinin üç ili ərzində 20 yə yaxın növbə rəisi və müavini işdən müxtəlif bəhanələrlə tutduğları vəzifələrdən uzağlaşdırılmışdır.


Xidmət Rəisinin Terminal 2 yerli hava xətləri üzrə müavini olan Elşən Səmədovda öz rəisi kimi rüşvətxor biridir.O personalı təhqir edir və onlarla yuxarıdan aşağı davranır.Elşən Səmədov Yerli Hava xətlərində müavin vəzifəsində çalışır o Naxçıvan müxtar respublikasına uçan sərnişinlərlə dəfələrlə kobud davranmağda dəfələrlə QSC nin müafiq orqanlarına şikayət edilsədə hələdə bu rüşvətxor qrupun bir üzvüdür.Elşən Səmədov vəzifəsindən sui istifadə edərək işçilərdən müxtəlif pul və qiymətli hədiyyələr müqabilində personalı rahat postlara yazdırır.


Bu xidmətin rüşvət kassiri isə Sücətdinov Rasimdir,o bütün postlara nəzarət edir burdan gələn rüşvəti yığaraq yuxarı distonsiyalara çatdırır.

Keçmiş Müdafiyə Naziri Rəhim Qazıyevin köməkçisi olan Əli Qurbanəliyev hal-hazırda Ati-in direktoru Elxan Orucovun köməkçisi işləyir.

Rüşvət üstə Müdafiyə Nazirliyinin kadırlar idarəsindən çıxarılan Vidadi Məmmədov hal-hazırda aeroprtda kadırlar idarəsində işləyir.

Müdafiyə Nazirliydən işdən çıxarlan Mubariz hal-hazırda ATİ-də Nəzarət buraxlış məntəqəsinin işin təşkili üzrə müavin işləyir.

Hərbidən işdən uzaqlaşdırlan Fərhad indi ATİ- dəkardinasır şöbəsinin ensbektri işləyir.

Keçmiş hərbçi Zaur Əzizov ATİ-min Zabrat rayonun ayrportunun işin təşkili üzrə muavin vəzifəsində işləyir.

ATİ-nin Nəzarət buraxlış məntəqəsində işləyən Həsənov Nizami Metadisi vəzifəsində işləyən Əmirxan Məmmədov Zakir Həsənov Mudafiyə Naziri olandan sonra adın kəçdiyimiz indi ATİ-də işləyən palkovniklərdir.

Bundan əlavə yeni xəbər gəlir ki, Müdafiyə Nazirliyindən işdən çıxarılan palkovnikləri işə qəbul etmək üçün köhnə işciləri işdən çıxarmaq məqsədi ilə əlaqədar olaraq imtahan keçirirlər və imtahanının nəticəsi olaraq həmin imtahandan kəsilən işciləri işdən çıxarılması barəsində məlumat veriblər.
Bu isə Əmək məcəlləsində müvafiq maddələrə ziddir.

 

 

ULUYOL.INFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300