Şirkət manipulyasiyaya yol verdiyi üçün 2.42 milyard avro ödəyəcək

Google şirkəti internet alış-verişində rəqabət qaydalarını pozduğu üçün Avropa Birliyi tərəfindən 2.42 milyar avro məbləğində pul cəzasına məruz qalıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Komissiyasının Google-a verdiyi rekord cəzanın səbəbi isə hamıya bəlli olan məqamla bağlıdır. Belə ki, Google-ın axtarış nəticələri yeni Google alış-veriş servisləri çərçivəsində öz xeyrinə manipulyasiya edir və beləcə şirkət bazar hakimiyyətindən pis məqsədlər üçün istifadə edir.

Sözügedən səbəb Google tərəfindən rədd edilib. Avropa Komissiyası isə hələ detallı bir açıqlama verməyib. Google şirkətinə axtarış nəticələri ilə bağlı sözügedən manipulyasiyanı dayandırması üçün 90 gün vaxt verildi. Əks təqdirdə axtarış saytının bağlı olduğu Alphabet'in dünya miqyasındakı günlük gəlirinin 5 faizi qədər əlavə cəzalarla üzləşəcəyi qeyd edilib.

Sevinc, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300