Bayram Məmmədov saxlanma şəraitinin ağırlığına etiraz olaraq aclıq aksiyası keçirir.

Samir Əsədlinin verdiyi məlumata görə Bayram Məmmədov saxlanma şəraitinin ağırlığına etiraz olaraq aclıq aksiyası keçirir.

Samir Əsədli bildirir ki, "Heykəl məhbusu Bayram Məmmədov 13 saylı Cəza Çəkmə Müəssisəsində artıq 5-ci gündür ki, aclıq aksiyası edir.”

"Qeyd edək ki, Bayramın kamerada şəraiti yaxşı deyil, onun yataqı ayaqyolunun yanında yerləşir. Həbsxana rəhbərliyi yeri dəyişməyə söz versələr də buna əməl etmir. Başqa yer olsa da Bayramın yerini dəyişmirlər və bunu bilərəkdən edirlər.” -Samir Əsədli əlavə edib.

Xatırladaq ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən gənc fəal Bayram Məmmədov iyunun 23-də aclıq aksiyasına başladığını bildirib.

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə 2016-cı il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyib. Keçmiş prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Vəkil Elçin Sadıqov bu ilin aprelində Bayram Məmmədova 13 Saylı Cəzaçəkmə Müəssisəsində işgəncələr verilməsi, qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı bəyanat vermişdi.

Həmin vaxt B.Məmmədov vəkili vasitəsilə açıqlamışdı ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin ona münasibəti çox pisdir. Gəncin deməsinə görə, ona çatdırıblar ki, Heydər Əliyevin heykəlinə şüar yazdığından daim təzyiq altında olacaq.

"B.Məmmədov 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirildiyi gündən bəri xəstədir. Səbəb isə odur ki, ona yatmaq üçün yeri tualetin yanından və daim külək əsdiyi yerdən veriblər. Müəssisənin rəhbərliyinə müalicə olunmaq və yerinin dəyişdirilməsi üçün müraciət etməsinə baxmayaraq, ona heç bir əhəmiyyət verilməyib. Xəstə olduğu halda sıra baxışına çıxarılır, gəzintiyə aparılır, müəssisə işçiləri ilə birlikdə məcburi əməyə cəlb edilir, əsassız olaraq "kars”a salınıb”, vəkili bildirmişdi.

Penitensiar Xidmət bununla bağlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki,cəza şəkdiyi dövrdə məhkum B.Məmmədov Cəzalarının İcrası Məcəllləsinin 91-ci maddəsinin tələblərinə uyğun olaraq maddi məişət şəraiti ilə təmin edilmiş, işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, şəxsi təhlükəsizlik hüququ qanunvericilikdə nəzərdə tutulmuş
qaydada təmin olunur.

 

Könül Alı, Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300