Azərbaycanın mühüm dövlət atributu olan üçrəngli bayrağımıza və ölkəmizin xəritəsinə qarşı daha bir sayğısızlıq edilib.

Uluyol.info turkustan.info-ya istinadən xəbər veir ki,  "Florido” şirkətinin istehsalı olan məhsullarda Azərbaycan bayrağı və xəritəsi ayaq altına sərilən kiçik ölçülü "süni xəz”lərin üzərində həkk olunub.

Qeyd edək ki, bu marağı yalnız "qaz vurub qazan doldurmaq” olan işbazların çirkin və rəzil əməli olmaqla yanaşı, Azərbaycanın milli və dövlət atributlarına qarşı sayğısızlıqdır.

Paytaxtın böyük ticarət mərkəzlərindən olan "Master Tibot”da bu üzdəniraq məhsulun qiyməti əvvəl 526 AZN, hazırda isə 175.99 AZN-dir.

Ölkənin hüquq-mühafizə orqanları, istehlak bazarına nəzarət edən qurumlar dərhal məsələyə müdaxilə etməli, bu məshulların bazarlardan yığışdırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300