24 iyun 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum gününə həsr olunmuş "Elçibəy-79” adlı ədəbi-bədii tədbir keçirildi.

Tədbir Azərbaycan Respubılikasının dövlət himni ilə açıq elan edildi. Sonra tədbirin aparıcısı BAO fəalıZəka Sahibiştirakçıları salamlayaraq sözü çıxışçılara verdi. Ziyalılardan Mirmövsüm Mahmudov, Mehriban Vəzir, Etibar Qərib və b.,ictimai-siyasi xadimlərdən İsa Qəmdər, Pənah Hüseyn, Qubad İbadoğlu, Aqil Səmədbəyli, Əjdər Tağızadə və b.Elçibəy şəxsiyyəti, onun həyat yolu və mübarizəsi haqqında öz fikirlərini bölüşdülər.

Çıxışlar arasında və sonra şeirlər və musiqi nömrələrinə də yer verildi. İslam Universitetinin tələbəsi, BAO fəalı İlkin İmanlı və məktəbli uşaqlar tərəfindən Elçibəyə həsr olunmuş və vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi. Aşıq Qızqayıt İsalıOzan Fəxrəddin Salaminin sazda ifa etdikləri mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Tədbirdə həmçinin Bütöv Azərbaycan Ocaqlarının Gənclər Təşkilatı (BAOGT) və BAO TV-nin birgə hazırladığı Elçibəyə həsr olunmuş videomüsahibələr təqdim olundu. Təqdimatdan sonra BAO fəalı və videomüsahibələrin aparılmasının təşəbbüskarlarından biri Elvin Abdulla Bakı şəhərinin mərkəzində bu müsahibələrin götürülməsinin maraqlı məqamlarından danışdı.

Sonda tədbir iştirakçıları kollektiv xatirə şəkilləri çəkdirdilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300