Dünən Müsavatçı Qadınlar Birliyi Şurasının növbəti toplantısı keçirilib. Bu haqda "Basta”ya təşkilatın üzvü Kəmalə Bəhlulova məlumat verib.
Alya Yaqublunun sədrliyi ilə keçən toplantıda ölkədəki ictimai-siyasi durum müzakirə edilib, hakimiyyətin müxalifət düşərgəsinə və jurnalistlərə yönəlik repressiya siyasəti tənqid edilib, siyasi məhbus problemini diqqətdə saxlamaq və bu yöndə fəaliyyət göstərmək barədə qərar qəbul olunub.