"Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsindən bu yana ən çox müzakirə edilən mövzularından biri də 4 min soydaşımızın döyüş əsnasında itməsi və ya da əsir düşməsidir. Hansı ki, bu rəqəm da rəsmi qurumlar tərəfindən təsdiqlənib. Ermənistan tərəfi bu iddiaları hər nə qədər inkar etsə də, həqiqət heç vaxt gizlədilə bilməz".

"Qaynarinfo"nun məlumatına görə, bunu Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey sosial şəbəkə hesabında yazıb.

O, azərbaycanlı əsirlərin yarıac, baxımsız vəziyyətdə Ermənistanın yeraltı mədənlərində çalışdırıldıqlarını və işgəncələrə məruz qaldıqlarını bildirib:"Qonşu ölkələrdən birinin vətəndaşı işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. O, Zod kəndi yaxınlığında əraziləri gəzərkən qızıl mədənlərində yarıac, səfil vəziyyətdə işlədilən çoxlu sayda əsir insan gördüyünü və onların azərbaycanlı əsirlər olduğunu söyləyib. Bir müddət öncə Gürcüstandan Ermənistana səfər etmiş vətəndaşlar arasında da azərbaycanlı əsirlərin olması barədə söz-söhbət yayılmışdı".

Без названия.jpg (30 KB)

"Rəsmi rəqəmlərə görə 4 min yurddaşımızın itkin düşməsi, heç bir məqsəd güdməyən adi insanların bu barədəki söyləntiləri bu məsələnin araşdırılması üçün kifayətdir",deyən Göksel Gülbey ATƏT-in Minsk Qrupunun fəaliyyətindən də narazılığı olduğunu ifadə edib.

O, bu günə kimi Minsk Qrupu səlahiyyətlilərinin boş yerə maaş aldığını və gərəksiz yığıncaqlar təşkil etməkdən başqa heç bir şey etmədiklərini qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300