Azərbaycan dili və ya Azərbaycan Oğuz türkçəsi qədim bir tarixə malikdir. Azərbaycan türklərinin dili özü türkçədir, desək, yanılmarıq. Amma həqiqi mənada çirklənilmədən özündən, əslindən qoparılmadan saflığı ilə gələcək nəsillərə ötürülərsə, bu, bizim kimlik kartımız, bəlgəmiz olar.
"Bir dil necə çirklənər”-deyə, sual edə bilərsiniz.
Əgər biz öz dilimizə gərəksiz, yabancı, milli olmayan sözlər daxil ediriksə, bu dilimizin çirklənməsinə gətirib çixarır.
Digər tərəfdən, əgər bunu özümüzü müasir, "modern” göstərmək üçün edəriksə, bu artıq dilimizə qarşı cinayətdir! Özəlliklə rus dilindən olan sözləri hələ də dilimizdən çıxartmırıq və inad edirik . Deyəsən, ”vsyo”, "uje”, ”tak”, ”davay”, ”mama”, "papa” kimi sözləri işlətmək bəzilərinə xoşdur. Niyə, bunun səbəbi nədir?
Bu suallara verəcəyimiz şablon, qəlib cavablar hazırdır. Sizə onlardan bir-iki örnək yazım: "Biz rusların əsarətində idik”, ”Rus dili beynalxalq dillərdən biridir”, "Rusya bizim qonşumuzdur” və s.
"Rus qonşunuzdur”- deyə, Azərbaycan dilinin əvəzinə rus dilində də danışmalısınız?!
100 ilə yaxın rus işğalında qalmağı bəhanə edənlərə gəlincə, xatırladaq ki, artıq müstəqil olmağımızdan 30 ilə yaxın müddət keçib. Artıq bu bəhanəni bir kənara qoymaq lazımdır! Bunu da qeyd edim ki, Rusiya bizim sadəcə qonşumuz deyil,erməniyə dəstək verən, mədəniyyətimizin və dilimizin inkişafının önünü kəsən bir gücdür.
Məsələn, Gürcüstanı götürək. Gürcülər rus dilində danışmağın daşını çoxdan atıblar! Digər tərəfdən ağzınızı əyə-əyə "Rus dili beynəlxalq dildir” deyirsinizsə, sizin eviniz və Bakı küçələri nə konfrans zalıdır, nə də akademik arenadır. Əgər oralarda Azərbaycanımızı təmsil edərkən danışsanız, bu daha yararlı olar. Siz rus və ya da ingilis dilində danışmağa beynəlxalq arenada, akademik məkanlarda davam edin. Əks halda Bakı küçələrində xüsusilə də "Torqovı” adlandırdığınız yerdə rusca danışmağa davam etsəniz, bu sizi, "modern” yox, öz ana dilində danışmağı ar bilən, dilinə dəyər verməyən biri kimi göstərəcəkdir.
Bilirəm, bəziləri "dil bilmək yaxşıdır” kimi ifadələr işlədəcək. Amma onlara bunu bildirmək istərdim ki, sizə "dil bilməyin”- demirik. Dəyərli həmvətənlərim, hətta erməninin də dilini öyrənin, ama türk-Oğuz yurdu olan Azərbaycanda türkçə danışmaq sizin və bizim boynumuzun borcudur! Əks halda Azərbaycan türkçəsində danışanlara "çuşka” deyərək alçaldıldığınız dönəmə geri dönərik ki, bu da bizin milli kimliyimizin və şəxsiyyətimizin alçaldılması deməkdir!
Milli dili duyğusu, düşüncəsi, vətən, millət sevgisi olmayanlar, dilini qorumayanlar vətənini, millətini, dövlətini qorumazlar! Onu da qeyd edim ki, artıq vətənimizdə illərdir beynəlxalq yarışlar keçirilir və ölkəmizə qonaqlar gəlir.Əgər biz onların qonaq olduğu zamanlarda da öz vətəndaşlarımızla rusca danışsaq, bu yaxşı hal olmayacaq. Necə ki bundan əvvəlki yarışmada İngiltərədən gələn bir qonağın verdiyi ”Hələ də Azərbaycanda dövlət dili rus dilidir?” sualı ilə üzləşəcəksiniz. Unutmayın, biz onlara öz dilimizi-Azərbaycan türkçəsini tanıtmalı və sevdirməliyik. Sonda unudulmaz ədibimiz Məhəmməd Hüseyn Şəhriyardan iki misra ilə fikrimi bitirmək istərdim:
Türkün dilitək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu dil əsil olmaz.


Aynur Talıblı, İstanbul Sabahattin Zaim Üniversiteti,

Tarix və Mədəniyyət Araşdırmaları bölümü magistri

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300