Hazırda Konfederasiyalar Kubokunda iştirak etmək üçün Rusiyada olan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronalduya Azərbaycan yığmasının futbol maykası hədiyyə edilib.
Virtualaz.org-un məlumatına görə, ulduz futbolçuya onu AFFA nümayəndəsi Riad Rəfiyev təqdim edib.
Maraqlısı həm də odur ki, Ronalduya onun üçün doğma olan 7 nömrəli futbolka hədiyyə edilib.