İyunun 21-də "Borçalı” İctimai Cəmiyyətinin və "Piral” İSM-in təşkilatçılığı ilə 2012-ci ildə dünyasını dəyişmiş tanınmış vəkil İsaxan Aşurovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo turniri keçirilib.

Uluyol.info xəbər verir ki, turniri giriş sözü ilə respublikanın əməkdar məşqçisi, "Şöhrət” ordenli Şahlar Mustafayev açaraq turnrin əhəmiyyəti haqda danışıb. 

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli İsaxan Aşurov şəxsiyyəti haqda iştirakçılara geniş məlumat verib. O, gəncləri İsaxan Aşurov kimi vətənə, millətə sadiq olmağa səsləyib və yarış iştirakçılarına uğurlar diləyib. 

Respublikanın əməkdar məşqçisi Mirağa Qiyasov təşkilati dəstəyinə görə Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti Zəlimxan Məmmədli başda olmaqla "Borçalı” Cəmiyyətinə təşəkkürünü ifadə edib, bu cür tədbirlərin keçirilməsinin önəmini vurğulayıb. 

Sonra müvafiq çəki dərəcələri üzrə yeniyetmələrin cüdo turniri başlayıb. Turnir "Borçalı” Cəmiyyəti tərəfindən iştirakçıların mükafatlandırılması ilə sona çatıb. 

Qalibləri mükafatlandırma mərasimində "Borçalı” Cəmiyyəti İH-nin üzvləri Ramiz Həsənov, Nazim Musayev , fəallardan Rüfət Muradlı, Süleyman Səmədoğlu, Mustafa Vəliyev iştirak ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300