Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı bəyan edib ki, onun ölkəsi üçün sabitlik gərəkdir: "Siyasi oyunlarla yox, daha çox iqtisadiyyatla məşğul olmaq lazımdır".

RİA Novosti xəbər verir ki, bu payız dövlət başçısı postunu tərk edəcək Atambayevin Moskvaya səfəri iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi ilə əlaqədar olub və Putinin dəvəti ilə baş tutub.

Atambayev Rusiya ilə münasibətlərdən danışarkən vurğulayıb ki, hakimiyyətdə olduğu dövrdə Qırğızıstana nəhəng və mənəvi baxımdan əsl qardaş dəstəyi göstərilib: "Təbii ki, bu bizə müəyyən çətinlikləri, problemləri həll etməyə imkan verdi. Dəvətə görə sizə təşəkkür edirəm”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300