Yaponiya Təhsil Nazirliyi iyunun 20-də Şinzo Abenin yaxın dostunun kommersiya layihəsinə qeyri-qanuni formada dəstək verdiyini təsdiq edən daha bir sənədin olması faktını təsdiq edib. Həmin xidməti qeydin aşkar edilməsi barədə Tokioda keçirilən mətbuat konfransında təhsil, mədəniyyət, idman, elm və texnologiylar naziri Hirokazu Matsuno məlumat verib.

Nazirin sözlərinə görə, bu sənəddə həmin müəssisənin nümayəndəsi ilə Nazirlər Kabineti baş katibinin müavini Koiçi Haqiuda arasında danışığın mətni əksini tapıb. Məmur nümayəndəyə Baş nazir Şinzo Abenin məktəbə məxsus xüsusi iqtisadi zonada köhnə dostu Kotaro Kakenin adına bir fakültənin 2018-ci ilin aprelində açılması barədə arzusunu çatdırıb. Yaponiyada belə bir "arzu” favoritizm və dövlət orqanlarına təzyiq nümunəsi kimi qiymətləndirilir.

K.Haqiuda belə bir söhbətin olması faktını kəskin şəkildə rədd edib. Baş nazir Şinzo Abe də fakültənin müddəti ilə bağlı hər hansı göstəriş vermədiyini bildirib.

Təhsil Nazirliyi iyunun 15-də təsdiq edib ki, araşdırma zamanı müxalifətin parlamentdə elan etdiyi qalmaqallı 19 sənəddən 14-ü aşkar edilib. Həmin sənədlərdən bəzilərində özəl universitetə məxsus xüsusi iqtisadi zonada Kotaro Kakenin adına baytarlıq fakültəsinin açılması barədə "Baş nazirin niyyəti” öz əksini tapıb. Müxalifətin təkidinə görə, bu, vicdanlı rəqabət qaydalarının pozulması deməkdir. Yaponiyada artıq bir neçə on illərdir ki, baytarlıq fakültələri yaradılmır və Şikoku adasında yerləşən Ehime prefekturasındakı güzəştli zonada belə bir addım çox faydalı başlanğıc ola bilər.

Bu hadisə ətrafında qalmaqal artıq bir neçə həftədir ki, davam edir. Nazirlikdə məsələ ilə bağlı araşdırma aparılsa da, həmin vaxt guya şübhəli heç bir sənəd aşkar ediləməmişdi. Təhsil Nazirliyinin yüksək vəzifəli sabiq məmurlarından biri həmin sənədlərin mövcud olduğunu dedikdən sonra yenidən araşdırmalara başlanılıb.

Qalamaqal Baş nazirin nüfuzuna ciddi xələl gətirib və iyunun 19-da dərc edilən bir sıra sorğuların nəticələri onun reytinqinin kəskin aşağı düşdüyünü təsdiq edir. (Azərtac)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300