Almaniyanın paytaxtı Berlində "liberal məscid” adlandırılan yeni ibadətxana yaradılıb.

Yenicag.az xəbər verir ki, sözügedən məscid Berlindəki yevangelist kilsəsinin 3-cü mərtəbəsində yerləşir və 90 kvadrat metr sahəni əhatə edir.

Bu fakt olduqca düşündürücüdür – nəyə görə xristian kilsəsi öz binasında müsəlman ibadətxanasına yer versin? Şükür Allaha, axı Berlində həmin məscidin fəaliyyət göstərə biləcəyi məkanların sayı kifayət qədərdir.

Bu tapmacanın cavabı ondadır ki, müsəlmanlara ibadət üçün şərait yaradan "xristianlar” "mavi”dirlər və onlarla eyni cinsi orientasiyaya malik "müsəlmanlar”a qardaş (bacı) köməyi göstəriblər.

Daha sonra isə məlum olub ki, həmin "liberal məscid” FETÖ lideri, Türkiyənin ədalət məhkəməsindən yayınaraq, ABŞ-da gizlənən Fətullah Gülənin müridləri tərəfindən yaradılıb. Həmin ibadətxanada azanı qadın, hətta ola bilsin lezbiyan verir.

"Liberal məscid” məsələsi şəhərdəki müsəlman icmasını son dərəcə qəzəbləndirib. Oxucuların artıq təxmin etdikləri kimi söhbət homoseksuallar, feministlər, hicabsız qadın-imamlar, həmçinin onlarla vaxt keçirtmək istəyənlər, bununla da İslam dininə həqarət edənlər üçün yaradılmış "məscid”dən gedir.

Berlindəki 10 minlərlə, bəlkə də 100 minlərlə müsəlman bu "məscid” məsələsinə əhəmiyyət vermədilər. Yerli hakimiyyət isə "hücum” ehtimalını nəzərə alaraq, "məscid”in ətrafına mühafizə dəstəsi yerləşdirib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300