Böyük Britaniyanın paytaxtında dünən gecə saatlarında müsəlmanlara hücumdan sonra London məscidləri gücləndirilmiş mühafizə altına alınacaq.

Axar.az xəbər verir ki, bunu şəhərin meri Sadiq Xan bildirib.

Xatırladaq ki, iyunun 19-na keçən gecə Londonun şimalında sürücü avtomobili məsciddən qayıdan insanların üzərinə sürüb. Hücum nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb. Xəsarət alanların 8-i xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar 48 yaşında avropalı görünüşlü kişi saxlanılıb.

Böyük Britaniyanın daxili işlər naziri Amber Radd hadisənin mümkün terror aktı kimi təhqiq olunduğunu deyib.

Bu hücum son üç ay yarımda Böyük Britaniyada baş verən dördüncü terror aktıdır. İyunun 3-də bıçaqla silahlanmış 3 nəfər London körpüsündə avtomobili insanların üzərinə sürüb, sonra isə ətrafdakı adamlara bıçaqla hücum edib. Hadisə nəticəsində 7 nəfər həlak olub, canilər öldürülüb. Mayın 22-də "Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Qrandenin konsertindən sonra partlayış törədilib. Hadisə nəticəsində 22 nəfər, o cümlədən 12 uşaq həlak olub, 120 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Martın 22-də London şəhərində 5 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən terror aktı baş verib. Sürücü avtomobilini "Vestminster” körpüsünün üstündəki piyadaların üzərinə sürüb, sonra isə parlament binasının önündə bir polisə ölümcül xəsarət yetirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300