Xəzər rayonu Buzovna qəsəbəsi Albalıq dairəsindəki Adil Musayev küçəsi ev 16-da yerləşən əraziyə 50 ildir ki, su gəlmir.2012 -ci ildən getmədiyimiz döymədimiz qapı qalmayıb.Dəfələrlə Azərsuda olmuşuq lakin nə fayda bizi it kimi süründürürlər.

Gündəlik içməli suyu şəxsi vəsaitimizə alırıq.İndi isə maşını 15 manata evimizə gətizdirib birtəhər yola veririk.Lakin nə vaxta qədər? Bizdə rahat yaşamaq istəyirik.Bizim məhlədə böyük vətən müharibəsi, əlil, şəhid eləcədə körpəli ailələr yaşayır.Dəfələrlə Bələdiyyəyə, Su idarəsinə müraciət etsəkdə yenədə bizi it yerinə qoyan olmadı.

Halbuki, Cənab Prezident hər tərəfə şirin suyun çəkilməsinə göstəriş verib.2017-ci il fevralın 24-də prezident İlham Əliyevin sərəncamı ilə əhalinin içməli su ilə təminatına 16 milyon manat, 2017-ci il iyunun 5-də isə daha 10,5 milyon manat ayırıb. Toplam 26,5 milyon.İndi sual edirəm hara gedib bu pullar? Bizdən Azərsunun əməkdaşı əvvəl 200 manat sonra isə 500 manat suyun çəkilməsinə görə rüşvət tələb edir.Kim pulunu verir ona çəkirlər.Sizdən xahiş edirəm bunu hər kəs oxusun bilsinlər ki Xəzər rayonu icra hakimiyyəti, Azərsu ASC nin rəhbəri Qorxmaz Hüseyinov bilsin ki, bir gün oda bunlara görə cavab verəcək.Vətandaşı incitmək nə demək?Sağlam həyatımızı aldıqları üçün bu yay fəslində Allah onların bizə etdiyi bu yezitliyi onlara bağışlamayacaq.

Sakinlər adından Babayeva Kəmalə Eloğlan qızı

Ə.Arifə, Reportyor.org

 


 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300