Rayon camaatı bahalığa etiraz olaraq yanvarın 15-də İcra Hakimiyyətinin binasının qarşısına toplaşmağı qərarlaşdırıb

Xəbər verildiyi kimi, dünən Ucarda xeyli sayda insan mərkəzi bazarın yaxınlığında qiymətlərin bahalaşmasına etiraz aksiyası keçirib. Conflict.az-ın yaydığı məlumata görə, xəbərdarlıqsız, ani olaraq başlayan aksiyanın dağıdılması əvvəlcə mümkün olmayıb. 

Məlumatı verən mənbənin bildirdiyinə görə, əhali bahalığa etiraz əlaməti olaraq kütləvi şəkildə rayon mərkəzi bazarına girməyə şalışsa da, polis izdihamın hərəkətinə mane ola bilib. 

Qeyd edək ki, manatın ikinci devalivasiyasından sonra yaranmış vəziyyət daha çox əyalət insanlarını çətin duruma salıb. Artıq Ucarda deyil, digər rayonlarda da durumun gərgin olduğuna dair məlumatlar gəlməkdədir. 

JAM.AZ-a daxil olan məlumata görə, Saatlı rayonunda da vəziyyət həddindən artıq ağırdır. Belə ki, ötən həftənin üçüncü günü 50-dən çox qadın bahalaşma ilə əlaqədar rayon İcra Hakimiyyətinin binasına gələrək, icra başçısı Siraqəddin Cabbarovla görüşüb. Görüşdə aclarından öldüklərini, onlara yardım edilməsini dilə gətirən qadınları qısa müddətdə otaqdan qovublar. Deyilənlərə görə, icra başçısı həmin şəxslərə bildirib ki, o və rəhbəri olduğu İcra Hakimiyyəti xeyriyyəçiliklə məşğul olmur və kimsəyə də yardım edilməyəcək. 

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, ehtiyac içində boğulan insanlar növbəti dəfə, ötən həftənin cümə günü yenidən İcra Hakimiyyətinə gələrək, icra başçısı ilə görüşmək istəyiblər. Lakin bu dəfə onları nə qəbul edən olub, nə də sayan. Binanın önündə toplaşanları dağıdan zaman isə bir qadının ürəyi gedib. Onu İcra Hakimiyyətinin işçiləri təcili binadan uzaqlaşdırıb, yolun kənarına atıblar. Daha sonra isə bir neçə mülki geyimli şəxs səkinin kənarında huşsuz vəziyyətdə uzanmış qadını sürüyərək, oradan da naməlum istiqamətə aparıblar. 

Məlumatda deyilir ki, vəziyyəti belə görən insanlar Heydər Əliyev Parkının içindəki heykəlin ətrafına yığışaraq, etirazlarını bildirdikdən sonra dağılışıblar. Lakin günün sonuna yaxın xəbər gəlib ki, artıq bütün sahibkarlar da daxil olmaqla, Saatlı əhli etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Rayondan JAM.AZ-a verilən məlumata görə, narazı insanlar yanvarın 15-də Saatlı İcra Hakimiyyətinin qarşısına toplaşaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlərin görülməsini tələb edəcəklər. 

Qarşı tərəfi də dinləməyə hazırıq

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300