Bərdə rayonunda daş salnamə aşkar edilib.

"Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, yazılı abidə rayonun Soğanverdilər kəndindəki əkin sahəsində subartezan quyusunun yaxınlığında tapılıb.

Hər iki üzərində müxtəlif işarələr və rəqəmlərin əks olunduğu daş salnamənin 2500 ilə yaxın yaşı olduğu güman edilir.

Artıq maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədilə Bərdə Tarix və Diyarşünaslıq Muzeyinə gətirilib.

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri İlyas Hacıyev "Report”un yerli bürosuna bildirib ki, qədim daşın üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət edilib.

Qeyd edək ki, daşın çəkisi təqribən 500 kiloqrama yaxındır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300