İcra başçısı 40-a yaxın ailəni məhkəməyə verəcək - REPORTAJ, FOTOLAR
 
Yasamal rayonunda "Qanlı göl” adı ilə tanınan ərazidə yaşayan sakinlər hər an  evlərinin söküləcəyi qorxusu ilə yaşayırlar. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən adıçəkilən ərazidə aparılan söküntü işləri hələ başa çatmayıb.

Söküntü işlərinin pərakəndə aparılması ərazini xarabalığa çevirib. Şəhər istiqamətinə gedən yollar yararsız vəziyyətə düşüb, bəzi yollar isə bağlanıb. Burada yaşayanlar sanki blokada şəraitində yaşayır. Hər tərəfə söküntü qalıqları səpələnib. Ötən ildən başlayan söküntü işləri yarımçıq qalıb. Bu isə hazırda orada yaşayan sakinləri cana yığıb. Ətraf çirkab və gəmirici həşəratların məskəninə çevrilib. 

Musavat.com-un əməkdaşı adıçəkilən əraziyə baş çəkərək, sakinlərin problemlərini işıqlandırmağa çalışıb. 

Ötən il Qaqçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün ailələrini yeni mənzillərlə təmin edib. Hazırda ərazidə qalan ailələr isə yerli əhalidir. Ümumilikdə, burada 40-a yaxın ailə yaşayır ki, onlar da heç bir kompensasiya verilmədən evlərinin söküləcəyi təhdidi ilə üz-üzədirlər.

Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən həmin ailələrə evlərini tərk etmələri barədə xəbərdarlıq edilsə də, qəsəbə sakinləri müəyyən kompensasiya və ya mənzillə təmin olunmayacaqları halda evlərini tərk etməyəcəklərini bildiriblər.

Hazırda ərazidə yaşayışı davam etdirən ailələr deyir ki, 2 ay öncə Yasamal rayon icra başçısının qəbulunda olublar: "Köçürülmə prosesi başlayanda tez-tez icra nümayəndələri evlərə gələrək tərk etməyimizi tələb edirdilər. Bildirirdilər ki, evləriniz hamısı qeyr-qanuni tikilib. Guya ki, heç bir sənəd olmadan torpağı müsadirə etmişik. 20 ildən çoxdur ki, bu ərazidə yaşayırıq. Bu günə qədər heç kim "niyə qanusuz tikmisiz” demədi. Özləri də yaxşı bilir ki, bu ərazidə ev tikmək üçün 3-5 min manat rüşvət verməlisən. Bu ətrafda daim "məzənnə” belə olub. Bütün evlərdən "haqq” alınıb və heç kim özbaşına tikinti apara bilməyib. Daşı-daş üstündə qoyan kimi "JEK” rəisi başımızın üstünü kəsirdi. Köçürülmə başlayan kimi qanundan, məhkəmədən danışırlar. Bir neçə ailənin evini xəbərdarlıq etmədən sökdülər. Lakin yenidən taxtadan otaq bərpa edərək yaşamağa davam etdilər. Ədalətsizliklə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətində olmuşuq, lakin bizi yola veriblər. Sözümüzü deməyə imkan verilməyib. Sonucu dəfə 2 ay öncə icra hakiminin qəbulunda olduq və bizə bildirdi ki, əgər ailələr öz xoşu ilə köçməsələr məhkəmə yolu ilə iş aparılacaq və qanunsuz tikililər söküləcək. Bir sözlə icra hakimi evlərimizi başımıza uçurub, bizi isə küçəyə atmaq niyyətindədir”.

Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Məğrur Mərd,
Fotolar müəllifindir.

 




















 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300