"Xatırlayırsınızsa, Qırğızıstan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) mart ayında Pakistanda keçirilən toplantısında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suverenliyini vurğulayan maddəyə səs verməkdən imtina etmişdi. Növbəti qeyri-adi addım Tacikistan Prezidenti İmaməli Rəhmandan gəldi".

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Tackisitan prezidenti İrəvanda iki günlük rəsmi səfərdə olduğuna diqqət çəkən politoloq bildirib: "Ermənistana rəsmi səfər etmək onun hüququdur, buna deyəcək sözümüz yoxdur, sadəcə, prezidentlərin birgə bəyanatındakı bir müddəa sual doğurur. Həmin müddəada deyilir ki, Tacikistan və Ermənistan Mərkəzi Asiyada və Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunması üçün xarici siyasətlərini koordinasiya (?!) edəcəklər.

Birincisi, Tacikistanın Cənubi Qafqazda nə işi var, Əfqanıstandan gələn təhlükənin dərdini çəksin! İkincisi, kiçik Ermənistan Mərkəzi Asiyada nəyi Tacikistanla koordinasiya edə bilər ki! Azərbaycan torpaqlarını hərb yoluyla azad etməyə başlasa, İslam Konfransı Təşkilatı çərçivəsində daima Azərbaycanın ərazi bütövlüyünə səs verən və sözdə işğalı pisləyən Düşənbə Ermənistanınmı tərəfini tutacaq?"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300