Futbol üzrə Braziliya milli komandası tarixində ən erkən qol vurulub.

Yarımmüdafiəçi Dieqo Souza Avstraliya ilə yoldaşlıq görüşünün 10-cu saniyəsində fərqlənib.

Viktor Juliano oyuna mərkəzdən başlayan rəqibdən topu ələ keçirib və Souzaya ötürmə verib. Hazırda "Sport Resifi" klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi isə uzaq küncü dəqiq nişan alıb.

Qeyd edək ki, Melburndakı "Cricket Ground" stadionunda keçirilmiş görüş Braziliya millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Dieqo Souza həm də 90+3-cü dəqiqədə son qolun müəllifi olub. Digər qolları 62-ci dəqiqədə Tiaqo Silva, 75-ci dəqiqədə isə Tayson vurub.(report.az)

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300