Son bir həftədə Avropanın iki nəhəng dövlətində-Britaniya və Fransada parlament seçkiləri keçirildi. Nəticələr məlumdur-hər iki ölkədə mühafizəkar siyasi xətt qalib gəlib. Bəs bu nəticələr Avropada yeni gəlişmələrə səbəb olacaqmı? O cümlədən, seçkinin nəticələri Avropada miqrantlarla bağlı duruma necə təsir edəcək?

Avropa Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva bildirdi ki, miqrantlarla bağlı gözləntilər ondan ibarətdir ki, seçki nəticələrində sürpriz gəlişmələr olmamasına baxmyaraq , miqrantlar üçün artıq dəyişən reallıqlar var. Belə ki, Avropa dövlətlərində, hökumət və müxalifətdəki müxtəlif ideologiyalı siyasi qüvvələrin gəldiyi ümumi bir rəy var və bu rəy miqrantların xeyirinə deyil:"Avropada daha öncələr, yəni miqrant axınının əvvəllərində "yerli cəmiyyətlərə inteqrasiya edəcəyi gözlənilən, ucuz işçi qüvvəsi olacaq və demoqrafik problemlərinin həllinə yardım olacaqlar miqrant ordusu” illüziyası artıq yoxdur. Reallıq isə ondan ibarətdir ki, bu gün Avropada humanitar və sosial müavinət əsasında yaşamağa adət etmiş, sığındıqları cəmiyyətlərin mədəni və dini dəyərlərinə aqressiv münasibətli, fərqli mədəniyyət daşıyıcısı olan və bir çox hallarda isə sığındıqları Avropa dəyərlərinə nifrət edən bir kütlə var və bu kütlə uzun müddətli yanaşmada sığındıqları dövlətlərin milli maraqlarına hədədir. Avropanı ard-ardına baş verən terror aktlarındakı müsəlman miqrant izləri buna sübutdur. Amma dəyişən reallıqlar təkcə Yaxın Şərqdən olan müsəlman miqrantlar üçün deyil, həmçinin postsovet ölkələrindən olan miqrantlar üçün də dəyişən məqamlar var. Belə ki, Avropanın aparıcı ölkələrindən olan Almaniya üçün seçki öncəsi bu ölkədə son 20 ildə oturum almış 3 milyonluq postsovet ölkələrindən olan rus dilli kontingentin siyasi seçimlərindəki tərcih şoku yaşanmaqdadır. Son sorğular onu göstərdi ki, bu kontingent üçün sığındıqları liberal Avropa dəyərləri çox da önəmli deyilmiş. Həmçinin son illər daha aydın oldu ki, miqrantlar sığındıqları ölkələrin deyil, daha çox mənsub olduqları ölkələrin mədəni və siyasi dəyərlərinin daşıyıcılarıdır və bu fakt bu kontingentin seçkilər öncəsi 3-cü qüvvələr tərəfindən idarə və istifadə olunmasını asanlaşdırır. Bu nəticələrin əsasında onu demək olar ki, Avropa üçün liberal miqrant siyasətinin daha sərt siyasətlə əvəz olunması labüddür”.


Politoloq Əhəd Məmmədli isə bildirdi ki, Britaniya və Fransada gözlənildiyi kimi sağ mühafizəkar güclər qalib gəlib. Böyük Britaniyada aşağı palatada Tereza Meyin partiyası səs itirsə də, koalisiyaya girərək kraliçadan icazə alaraq yeni kabinet formalaşdıracaqlar. Fransa da isə parlament seçkilərində də prezident Makron və komandası qalib gəldi. Bu da artıq hakimiyyətin tək əldə, tək siyasi qüvvədə cəmləşməsi deməkdir:"Bu, onun göstəricisidir ki, avropalılar da koalision iqtidarlardan, növbədənkənar seçkilərdən yorulublar və tək gücə arxalanan sabit bir idarəetmə istəyirlər. Təbii bu, həmin ölkələrdə, həmçinin bütöv Avropada yeni gəlişmələrə səbəb olacaq. Artıq Avropa da liberallaşma və qloballaşmadan əski milli yönətimlərə qayıdır. Bu, təbii ki, Avropadakı miqrantlara münasibətlərdə də öz təsirini göstərəcək. Bu, miqrant və buna oxşar məsələlərdə hələ çox gərginlik və problemlər yaradacaq. Belə ciddi problemin həlli üçün gərək çox işlər görülməlidir. Türkiyə ilə miqrant məsələsi yönündə dil tapılmalıdır. Avropa Yaxın Şərq siyasətini dəyişməlidir. ABŞ baskısını azaltmalıdır. Kontinental Avropa anqlo-saks təsirindən çıxmalıdır. Müsəlman ölkələrinə bərabərhüquqlu tərəfdaş kimi baxılmalıdır. Yəni görüləsi işlər hələ çoxdur. Bütün bunlar baş verdikdə yuxarıda qeyd olunan məsələlərin hansısa çözümündən danışmaq olar. Əks halda Avropadakı miqrantların problemləri artacaq, onların problemi artdıqca Avropanın özü bundan zərər görəcək”.

Etibar SEYİDAĞA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300