"Azərbaycan viza rejiminin ləğvi ilə bağlı bizə rəsmi müraciət etməyib”

Bunu azvision.az-a açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.

"Avropa İttifaqı ilə vizasız rejim prosesinə start vermək üçün bu istiqamətdə spesifik danışıqlara başlanmalıdır. Azərbaycan tərəfi hələlik bununla bağlı bizə müraciət etməyib. Bu məsələ hazırda Avropa İttifaqı-Azərbaycan arasında gedən danışıqlarla bağlı deyil. Vizasız rejim və yeni saziş tamamilə fərqli anlayışdır. Vizasız rejim üçün Azərbaycan müraciət etməli, quruma üzv olan ölkələrdən mandat əldə etməli və yalnız bundan sonra "Yol xəritəsi” hazırlanmalıdır. "Yol xəritə”sində yer alan texniki şərtlər yerinə yetirildikdən sonra biz bu məsələ ilə siyasi danışıqlara başlayacağıq. Lakin bütün bunlar üçün Azərbaycan tərəfi rəsmi olaraq bizə müraciət etməlidir”,-deyə D.Daniilidis vurğulayıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin ləğvi gələcəyin işidir.

Onun sözlərinə görə, hazırda tərəflər viza rejiminin sadələşdirilməsi mərhələsindədir: "Viza rejiminin ləğvi isə gələcəyin işidir. İlk növbədə biz strateji tərəfdaşlıq barədə yeni sazişi icra etməli və müsbət nəticələr almalıyıq. Sonra isə viza rejiminin ləğvi məqsədilə Azərbaycan və Aİ arasında fəaliyyət planını hazırlamaq lazımdır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300