"Qızım Meydan TV-dən imtina etmirsə, mən ondan imtina edirəm”. Bunu Meydan TV-nin redaktoru, yazar Günel Mövludun anası Şövkət Şəfiyeva "BBC Azərbaycanca”ya deyib. Şövkət Şəfiyeva bildirib ki, oğlanları qızı Günel Mövludun "Meydan TV ilə əməkdaşlıq etməsinə görə” həbs olunub, buna görə də qızından imtina edir: "Oğlanlarımın ikisi də əli qabarlı fəhlədir, onlar heç vaxt siyasətə qarışmayıblar”.

Şövkət Şəfiyeva prezidentin siyasətini dəstəklədiyini bəyan edib: "1993-cü ildən Cəbrayıldan çıxandan sonra imkansızlığa görə oğlanlarımı oxutdura bilmədim. Ona görə indi fəhləlik edib ailələrini dolandırırlar. Onların narkotiklə işləri ola bilməz. Bu həbslər siyasidir”.
Xanım Şəfiyeva hələ də oğlanları ilə görüşə bilmədiklərini qeyd edib: "Vəkillər dedi, bu həftə görüşə bilməyəcəyik”.

G.Mövludun atası Vəzir  İmanov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, o da qızından imtina edir və həyat yoldaşının fikirlərinə qoşulur: 
 
- 3 gündür ki, Güneldən imtina etmişik. 

- Necə oldu ki, belə bir qərar verdiniz? 

- Neyləyim indi? 

- Bunun bir köməyi ola bilərmi həbsdəki oğullarınızın azadlığa çıxmasına? 

- Olacaq, ya olmayacaq, bilmirəm. Olsa da belədir, olmasa da. Uşaqlarım havayı yerdən bu günə düşəndən sonra mən onu neyləyirəm? 

- Günelin özünə "səndən imtina etmək istəyirik” dedinizmi? 

- O özü 3 ay bundan əvvəl bizdən imtina edib. Mən indi onu neyləyirəm? 

- Qızınızdan imtina etmək öz fikriniz idi, yoxsa kimsə təklif etmişdi?

- Xeyr, ailəlikcə oturduq, fikirləşdik. Bir adam ki, 3 ay bundan əvvəl bizdən imtina edib, biz niyə imtina etməməliyik?

- Sizə qızınızdan imtina edəcəyiniz təqdirdə oğlanlarınızın azadlığa çıxacağı ilə bağlı vəd verilibmi? 

- Xeyr. 

- Amma oğullarınız həbs olunan günlərdə Günellə əlaqələriniz vardı, danışırdız... 

- Hə, anası danışırdı... 

- Birdən-birə niyə belə qərar verdiz? 

- Vəziyyət belədir də, qızım. İndi bunu açıqlamağın nə yeri var ki? Biz indi nə edək, hansı yolla gedək ki? 

- İnanırsız ki, bu imtina söhbətindən sonra oğlanlarınız azadlığa çıxacaq?
 
- İnansaq da budur, inanmasaq da. Mən demirəm ki, bu imtinadan sonra bu uşaqlar çıxacaq, ya qalacaq. Olsa da budur, olmasa da. 1 il bundan qabaq Günelin yanında olmuşam. Bundan sonra da getməyəcəm.

- Vəkilləri nə deyir? Gedib-gəlirlər yanlarına? 

- Görüş verilməyib. Bir dəfə keçən həftə danışmışam, ondan sonra xəbərim yoxdur. Məhkəməsinin də vaxtı bilinmir. Hələ ərizə yazıblar, ərizələri də getməyib. 

G.Mövlud isə "Yeni Müsavat”a açıqlamasında bu mövzuda danışmaq istəmədiyini bildirdi. 
Xatırladaq ki, Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb.

Onlar 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Günel Mövlud qardaşlarının həbsini Meydan TV-dəki fəaliyyəti ilə əlaqələndirib, amma o, bu fəaliyyətini dayandırmayacağını da bildirib.

Günel Mövludun atası daha öncə qızından imtina etməyəcəyini desə də, artıq bu məsələdə Şövkət xanıma qoşulduğunu deyib.

Son aylarda Meydan TV ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.

Avqustun əvvəlində Meydan TV-nin rəhbəri Emin Millinin qohumları prezident İlham Əliyevə müraciət edərək, ondan "imtina etdiklərini” bildiriblər. Emin Milli bu halı qohumlarına təzyiq edilməsi ilə əlaqələndirib.

Sevinc TELMANQIZI
 
 MUSAVAT.COM

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300